“Asan İmza” Elmin İnkişafı Fondunun “e-QRANT” sisteminə inteqrasiya olunub
Tarix: 07.02.2017 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


“Asan İmza” mobil elektron imza xidməti Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Qrant layihələrinin elektron idarə olunması sistemi”nə - “e-QRANT”a inteqrasiya olunub. Bu məqsədlə Elmin İnkişafı Fondu ilə “Asan İmza” xidmətinin operatoru olan “B.EST Solutions” şirkəti arasında “Asan İmza” mobil elektron imza innnovasiya sisteminə qoşulma haqqında müvafiq saziş imzalanıb. Bu saziş müxtəlif xarakterli elmi-tədqiqat işlərinin qrant maliyyələşdirilməsi üçün layihələrin “e-QRANT” elektron sistemi vasitəsi ilə təqdim olunmasında “Asan İmza” xidmətindən istifadəni nəzərdə tutur. Bununla yanaşı Elmin İnkişafı Fondu və “B.EST Solutions” şirkəti alimlər üçün “Asan İmza” xidmətinin ödənişsiz olaraq əldə edilməsi məqsədilə ilkin xüsusi aksiyanın keçirilməsini də elan edib. Aksiyanın şərtlərinə uyğun olaraq alimlər cari ilin fevral ayının sonuna kimi Elmin İnkişafı Fondu və “B.EST Solutions” şirkəti tərəfindən onlara təqdim olunan sertifikatdan istifadə etməklə, ödənişsiz olaraq “Asan İmza” xidmətindən yararlana biləcək. “Asan İmza”nın əldə edilməsi üçün alimlər sertifikatla və digər zəruri sənədlərlə 1 saylı “ASAN xidmət”ə müraciət etməlidir. Bu aksiya ilkin olaraq Fondun yeni elan etdiyi “Elm-Təhsil İnteqrasiyası” müsabiqəsində iştirak etmək istəyən və Azərbaycan Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin qurumlarında çalışan alimləri əhatə edəcək. “Asan İmza” xidmətindən istifadə Elmin İnkişafı Fondunun elektron sisteminə sənədlərin və müxtəlif layihələrin təqdim edilməsi üçün alimlər və ekspertlər qarşısında innovativ imkanlar açır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info