“Mən PAŞA Bankın təqaüdçüsüyəm” layihəsinin təqdimetmə mərasimi keçirilib
Tarix: 07.02.2017 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Ölkənin ən iri banklarından biri olan PAŞA Bank və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə “Mən PAŞA Bankın təqaüdçüsüyəm” adlı layihəsinin təqdimetmə mərasimi keçirilib.
Bundan öncə 2012, 2013 və 2014-cü illərdə keçirilən layihə bu il artıq 4-cü dəfədir ki, keçirilir. Öncəki layihələrdə seçilən 13 tələbə 1 il müddətinə ayda 100 manat təqaüdə layiq görülürdü. Bu dəfə isə tələbələrin sayı artırılaraq 20-ə çatdırılmışdır.
Layihə çərçivəsində keçirilən müsabiqənin qalibi olan 20 tələbəyə 1 il müddətinə hər ay 100 AZN məbləğində təqaüd verilir. Layihədə yalnız ali təhsil müəssisələrinin əyani şöbələrində, iqtisadiyyat və maliyyə ixtisasları üzrə təhsil alan III və IV kurs bakalavr və I kurs magistr tələbələri iştirak etmə şansı əldə ediblər.
Layihədə iştirak üçün tələbələr birinci mərhələdə əvvəlcədən verilmiş mövzulara uyğun ingilis dilində öz araşdırmalarını təqdim edir, araşdırmaları fərqlənmiş tələbələr ikinci seçim mərhələsində - müsahibə mərhələsində iştirak şansı qazanırlar.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, ATGTİ-nin sədri Şahin İsmayılov və PAŞA Bankın Korporativ Kommunikasiyalar departamentinin direktoru Sona Abbasova təqaüd proqramının əhəmiyyətindən danışıb və tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə reallaşdırılan layihə olduğunu vurğulayıblar.
Təqaüd proqramının həyata keçirilməsində əsas məqsəd yerli ali təhsil müəssisələrində təhsil alan istedadlı və ictimai fəal tələbələri həvəsləndirmək, eləcə də, dövlət və qeyri-dövlət sektorları üçün güclü insan resurslarını təmin etmək və gələcək lider rəhbərlərin inkişafını möhkəmləndirməkdən ibarətdir.
Sonda növbəti seçimlərdə qalib olmuş tələbələrə sertfikatlar təqdim edilmişdir.


Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info