BANM-də Gənclər Fondunun növbəti layihəsi
Tarix: 07.02.2017 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun keçirdiyi 8-ci qrant müsabiqəsi çərçivəsində “Gənclər üçün İKT təlimləri” adlı növbəti layihənin yekununa həsr olunmuş tədbir keçirilib. BANM-in rektoru Elmar Qasımov tədbiri giriş sözü ilə açaraq bu təlimlərin şagirdlərin gələcəyi üçün vacib bir istiqamət olduğunu bildirib. O, qeyd edib ki, 2016-cı ildə BANM-in tələbələri və müəllimləri Gənclər Fondunun keçirdiyi müsabiqədə 12 qrant layihəsinin qalibi olublar və bu, çox sevindirici haldır. “Ali məktəbin Gənclər Fondu ilə əməkdaşlığı tələbələrimiz üçün olduqca vacib və əhəmiyyətli məsələdir. Gənclər Fondu gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətləri stimullaşdıran, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirən bir qurumdur” – deyə rektor bildirib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev bildirib ki, məhz bu cür ali təhsil ocaqlarının ölkəmizdə yaradılması dövlət başçısının gənclərə olan yüksək diqqətinin və qayğısının nəticəsidir. “Mən çox sevinirəm ki, BANM-in tələbələri bizim layihələrimizdə iştirak edib qalib gəlirlər. Bu bir daha sübut edir ki, rektor Elmar Qasımovun başçılıq etdiyi ali təhsil ocağı yüksək səviyyəli mütəxəssislər yetişdirir” – deyə Fərhad Haciyev vurğulayıb.
“Gənclər üçün İKT təlimləri” layihəsinin rəhbəri və BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi Abbas Əlili ali məktəbin rəhbərliyinə və Gənclər Fonduna rəhbəri olduğu layihənin həyata keçirilməsində verdikləri dəstəyə görə təşəkkür edib. O, qeyd edib ki, təlimin əsas məqsədi orta məktəb şagirdləri arasında elektrik, elektronika, robotiks və avtomatika mühəndisliyinə maraq yaratmaqdır.
Tədbirin sonunda şagirdlərə sertifikatlar və ARDUİNO Uno qurğuları hədiyyə olunub.
Xatırladaq ki, BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi Abbas Əlilinin “Gənclər üçün İKT təlimləri” layihəsi qrant müsabiqəsinin qaliblərindən olub. 2016-cı ilin dekabr ayında və 2017-ci ilin yanvar ayında Mübariz İbrahimov adına Biləsuvar məktəb lisey kompleksinin, Akademik Zərifə Əliyeva adına liseyin və Suraxanı rayonu 232 №-li orta məktəbin 8-9 sinif şagirdləri üçün sözügedən layihə çərçivəsində təlimlər keçirilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ramiz Rzayev: “Azərbaycanda ağır cinayətlərin sayı azalıb”
16.11.2018
“Kaspersky Lab” Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb
16.11.2018
Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir
16.11.2018
Bakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info