: “İŞİD taktikasını dəyişir”
Tarix: 07.02.2017 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


“İŞİD” terror təşkilatı ilə mübarizə son zamanlar müsbət nəticələr verir, lakin terror aktlarının törədilmə təhlükəsi hələ də yüksəkdir”. “İnterfaks”ın xəbərinə görə, bunu BMT-nin baş katibi Antoniu Quterreş bəyan edib. Onun sözlərinə görə, “İŞİD” getdikcə terror fəaliyyətini münaqişə regionlarından kənara, digər ölkələrin ərazilərinə köçürür: “İŞİD taktikasını dəyişir, terrorçular müxtəlif dövlətlərdəki özəklərindən istifadə edir. Bu səbəbdən xüsusilə hava limanlarında, təyyarələrdə terror təhlükəsi olduqca yüksəkdir. Terrorçular sıralarına yeni üzvləri cəlb etmək, tərəfdarları ilə əlaqə yaratmaq üçün fəal şəkildə müxtəlif saytlar və sosial şəbəkələrdən istifadə edirlər. “İŞİD” maliyyə vəsaitlərinin 80%-i neft və qaz satışı, eləcə də şantaj və reketlə məşğul olmaqla əldə edir”. Qeyd edək ki, “İŞİD” teror qruplaşmasının silahlıları Suriyanın Palmira şəhəri yaxınlığında qaz kəmərini partladıblar. Ötən ilin dekabrında terrorçuların hücumu nəticəsində Suriya ordusu Palmiranı tərk etmək məcburiyyətində qalmışdı. Şəhərdən 39 km aralıda Suriya ordusu ilə “İŞİD” silahlıları arasında şiddətli döyüşlər gedir.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info