Lənkəranda yeni layihələrin icrasına başlanılıb
Tarix: 08.02.2017 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində 2016-cı ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində rayonda istehsal olunmuş kənd təsərrüfatı və sənaye məhsullarının sərgisi ilə tanış olublar.
Toplantıda hesabat məruzəsi ilə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, dünyanı bürüyən maliyyə-iqtisadi böhranın təsirinə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sosial layihələrin icrası davam etdirilib, əhalinin sosial müdafiəsi gücləndirilib, tikinti-abadlıq işləri genişləndirilib. Sosial-iqtisadi və mədəni həyatın bütün sahələrinin inkişaf etdirilməsi ilə yanaşı, ordumuzun gücləndiyini, ən müasir silahlarla təchiz olunduğunu vurğulayan T.Qaraşov ötən ilin aprel ayında erməni işğalçılarının törətdiyi təxribata cavab olaraq Milli Ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsini, torpaqlarımızın bir hissəsinin işğaldan azad olunmasını dövlətimizin başçısının ordu quruculuğuna göstərdiyi diqqətin nəticəsi kimi dəyərləndirib. T.Qaraşov çıxışında ötən il rayonun sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində inkişafın davam etdiyini, genişmiqyaslı abadlıq və quruculuq işlərinin həyata keçirildiyini, irihəcmli investisiya layihələrinin icra edildiyini və yeni layihələrin icrasına başlanıldığını bildirib. Qeyd olunub ki, rayonda ümumi məhsul buraxılışı əvvəlki illə müqayisədə 7,7 faiz artıb, il ərzində 2099-u daimi olmaqla, 2704 yeni iş yeri açılıb. Hesabat ilində Liman-Nərimanabad-Balıqçılar magistral avtomobil yolu asfaltlaşdırılıb, çoxmənzilli yaşayış binalarının dam örtükləri dəyişdirilib, əhalinin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatı sahəsində görülən tədbirlər davam etdirilib. Məruzəçi ayrı-ayrı sahələrdə qazanılmış uğurlarla yanaşı, yol verilmiş nöqsanlarla bağlı idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verib, 2017-ci ildə qarşıda duran vəzifələri diqqətə çatdırıb. Müzakirələrdə şəhər təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev, Lənkəran Elektrik Şəbəkəsinin rəisi Şaiq Qəribov, rayon Kənd Təsərrüfatı Idarəsinin rəisi Tofiq Rzayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran regional şöbəsinin müdiri Qağayı Məmmədov, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin üzvü Rüfət Quliyev çıxış ediblər. Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov qarşıda duran vəzifələrlə bağlı yığıncaq iştirakçılarına tövsiyələrini çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Zaqatalada 1250 arıçıya subsidiya veriləcək
18.07.2019
Qubada gənclər üçün “İncəsənət sosial inkişafda vasitə kimi” təlim proqramı keçirilib
17.07.2019
Zaqatala və Balakəndə yeni yem emalı və toxum təmizləmə məntəqəsi inşa edilib
17.07.2019
Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılan gənclərlə Lerikdə görüş keçirilib
17.07.2019
“Bakcell” sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
5 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info