Dnestryanı məsələnin həlli: Rusiya sülhməramlıları həlledici amilə çevrilib
Tarix: 08.02.2017 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Dodon bölgədə Rusiya sülhməramlı qüvvələrinin qalmasını ölkə hakimiyyətinin nümayəndələri ilə razılaşdırmağa çalışır


Moldovada İqor Dodonun dövlət başçısı seçilməsindən sonra Dnestryanı münaqişəsinin həlli və Rusiya ilə münasibətlərin nizamlanması istiqamətində aktiv işlər həyata keçirilir. Dodon seçiləndən sonra Moskvaya səfər edərək Rusiya dövlət başçısı Putinlə danışıqlar aparıb. İndi isə Dodon həmin bölgədə Rusiya sülhməramlı qüvvələrinin qalmasını ölkə hakimiyyətinin nümayəndələri ilə razılaşdırmağa çalışır.
Moldova dövlət başçısının Dnestyranı məsələlər üzrə məsləhətçisi olan Vasili Şova “Nezavisimaya qazeta”ya bildirib ki, Rusiya sülhməramlıları ilə bağlı məsləhətləşmə davam edir. Bu arada Moldovanın baş naziri ATƏT-ə müraciət edərək Rusiya ordusu, o cümlədən sülhməramlıların Moldova ərazisində qanunsuz qalması ilə bağlı məsələni araşdırmağı təklif edib. Şova bildirib ki, Rusiya sülhməramlıları Moldovada 1992-ci ildə imzalanan müqavilə əsasında yerləşdirilib. Onun dəyişdirilməsinə ancaq 5+2 formatında (Moldova və Dnestryanı- tərəf, Rusiya, Ukrayna və ATƏT-vasitəsi, Aİ və ABŞ- müşahidəçi) keçirilən beynəlxalq danışıqlarla nail olma mümkündür. Bu formatda danışıqların keçirilməsi bir neçə ildir ki, dondurulub. Amma Dodonun seçilməsi formatın donunun açılması şansını yaradıb. Bütün halda Dodon ilk Moldova prezidentidir ki, seçiləndən sonra Tiraspola səfər edərək tanınmamış bölgənin lideri Vadim Krasnoselski ilə görüşüb. Faktiki olaraq Dodon parlamentin spikeri və baş nazirin əlindən münaqişənin həllində aktiv rol oynamaq təşəbbüsünü alıb. Bu isə spiker və baş naziri qane etmədiyindən onlar tez-tez prezidentin addımlarını blok etməyə çalışırlar. Respublikanın federallaşması və Dnestryanı bölgənin də federal subyekt olması ilə bağlı təşəbbüs hökumət tərəfindən mümkünsüz elan edildi. Moldova bankından oğurlanan 1 milyard dolların vətəndaşlarının “çiyinlərinə qoyulması” ilə bağlı qanunun ləğvi ilə bağlı təşəbbüs də hökumət və qanunvericilik orqanı tərəfindən dəstəklənmədi. Maraqlıdır ki, Drodon məhz “oğurlanmış milyardları qaytarın” şüarı ilə keçirilən xalq etirazlarından sonra prezident seçilib. Muxtar Qaqauz yerinin başçısı İrina Vlax “Nezavisimaya qazeta”ya bildirib ki, hakim koalisiya bir dəfə də olsun Dnestryanı bölgə ilə bağlı danışıqlarda müsbət nəticəyə nail ola bilməyib: “Bütün görüşlər uğursuz nəticələnib. 6 il ərzində bir dəfə də olsun müsbət məqam qeydə alınmayıb. İndi isə ortaya Dodon çıxıb və istənilən səviyyədə danışıqlar aparmağa hazırdır. Onda hər şey alına bilər. Bir şərtlə ki, tələsmədən elə addımlar atmaq laxımdır ki, sadə insanların həyatını yaxşılaşdırsın. Dialoq vacibdir, amma tələsmək olmaz”. ATƏT-in fəaliyyətdə olan sədri, Sebasytan Kurç da Moldovaya səfəri çərçivəsində Tiraspola da baş çəkib. O da Dnestryanı bölgə ilə bağlı məsələnin həllinin region sakinlərinin həyat səviyyəsinin yaxşılaşmasına xidmət etməli olduğunu qeyd edib: “ATƏT-in əsas vəzifələrindən biri bu məsələnin Dnestryanı regionuna xüsusi status verilməklə, Moldova Respublikasının ərazi bütövlüyü və suverenliyi prinsipi ilə həllinə nail olmaqdır”. Bu ay Moldovanın baş naziri Pavel Filippin Kiyevə səfəri gözlənilir. Səfər çərçivəsində Dodonun təşəbbüsləri müzakirə ediləcək. İstisna deyil ki, Moldova hökumətinin Dnestryanı ilə bağlı planı rəsmi Kiyevlə razılaşdırılacaq. Amma burada bir incə məqam odur ki, tanınmamış bölgənin rəhbəri Vadim Krasnoselski bildirib ki, Tiraspol heç bir siyasi məsələni, o cümlədən status məsələsini müzakirə etmək fikrində deyil. Tiraspolun razılığının olmaması 5+2 formatının donunun davam etməsi deməkdir. Prezident Dodon da yaxşı bilir ki, Rusiya sülhməramlılarının fəaliyyətinin ləğvi ilə bağlı bəyanatlar Kişinyovla Tiraspol danışıqlarına müsbət heç nə qazandırmır. Dodonun müşaviri Vasili Şova bəyan edib ki, vahid mövqeyini formalaşdırmaq üçün hakimiyyətin digər qolları ilə danışıqlar aparılacaq.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info