“Ukrayna əhalisinin kommunal borcları 23 milyard qriveni ötüb”
Tarix: 08.02.2017 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


“Kommentarii”:
“Ukrayna istehsalçıları üçün artıq Rusiya bazarı itirilib. Avropa Birliyi ilə azad ticarət zonası bu zərəri kompensasiya etmir. Bu isə ölkə iqtisadiyyatına böyük zərbə vurur”

“Ukraynada sosial vəziyyət çox ağırdır. Ölkə əhalisinin qaz, elektrik enerjisi və ümumiyyətlə, kommunal xərclərə olan borcları artıq 23 milyard qriveni ötüb. Bu, təqribən 850 milyon dollar civarındadır. Qeyd edək ki, ötən ilin əvvəli ilə müqayisədə ümumi borc təqribən iki dəfə artıb. Ölkədə kommunal xərclərdəki tariflər artdıqdan sonra, ölkə əhalisi bu xərcləri, demək olar ki, ödəyə bilmir.
Ölkəni gözləyən başqa bir problem isə bu ilin mart ayından ölkədə bahalaşmanın yeni bir dalğasının gözlənilməsidir”. Bu fikirlər “Nezavisimaya qazeta” nəşrində dərc edilən məqalədə yer alıb. Müəllif Tatyana İvjenko yazır ki, belə bir halın reallaşması, ölkənin o qədər də sakit olmayan həyatına yeni iğtişaş dalğası qata bilər. Bu arada Ukraynada erkən seçkilər haqqında danışıqlar da dolanmaqdadır. Xatırladaq ki, ötən ilin aprelində ölkənin baş naziri postuna yiyələnən Vladimir Qroysmanın ilk qərarlarından biri qaz tariflərinin, demək olar ki, iki dəfə artırılması oldu. Bundan bir müddət sonra mənzillərə verilən isti və soyuq suyun, elektrik enerjisinin tarif qiymətləri artırıldı. Ukrayna işsizliyin geniş vüsət alması ilə üz-üzə qalıb.

“Ölkə işsizliyin geniş vüsət alması ilə üz-üzə qalıb. Kiyevlə yanaşı, ölkənin bir çox şəhərlərində kiçik bizneslərin qapanması, ölkədə iş yerlərinin azalmasına gətirib çıxarıb”

Kiyevlə yanaşı, ölkənin bir çox şəhərlərində kiçik bizneslərin qapanması, ölkədə iş yerlərinin azalmasına gətirib çıxarıb. Qroysman hökuməti əvvəlcə imkansız ailələrə verilən subsidiyalarla bağlı vəziyyəti düzəltməyə cəhdlər etdi. Amma ölkə müxalifəti bildirdi ki, hökumət bununla yoxsulluğu təşviq edir. Ötən ilin sonundan başlayaraq borclanma məbləği sürətlə artmağa başlayıb. Dövlət yeni tarif üzrə borc ödəmək iqtidarında olan ailələrə bütün il üçün ödənişlərin bölünməsi barədə sənəd imzalamağı təklif edir. Həmin ailələrə borclarını beş il müddətinə ödəmək təklif edilir. “Kommentarii” nəşrinə açıqlama verən Ukrayna İşəgötürənlər Federasiyasının sədri Dmitriy Oleynik bildirib ki, Ukrayna istehsalçıları üçün artıq Rusiya bazarı itirilib: “Avropa Birliyi ilə azad ticarət zonası bu zərəri kompensasiya etmir. Bu isə ölkə iqtisadiyyatına böyük zərbə vurur”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info