Elektrik qızdırıcıları alarkən diqqət edin
Tarix: 08.02.2017 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


Hazırda mövsümlə əlaqədar olaraq istehlak bazarında alıcılara geniş çeşiddə müxtəlif elektrik qızdırıcıları təklif olunur. Lakin bir sıra hallarda bu malların keyfiyyəti və təhlükəsizliyi mövcud standartların tələblərinə cavab vermir. Bu isə istehlakçıların aldadılmasına, hüquqlarının pozulmasına və onların ciddi təhlükə ilə üzləşməsinə səbəb olur. İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara seçim etməzdən qabaq bu cihazların xüsusiyyətləri ilə diqqətlə tanış olmağı
tövsiyə edir.

Elektrik məişət qızdırıcıları iş prinsipi və quruluşlarına görə əsasən yağ qızdırıcı radiatorlar, istilik ventilyatorları, konvektorlar, infraqırmızı qızdırıcılar və s. növlərə bölünürlər. Yağ qızdırıcı radiatorlar kifayyət qədər geniş sahəni qızdıra bilir və qiymətləri yüksək olmur. Bu növ radiatorlar səssiz işləyir və təhlükəsizdir. Yağ radiatorları gec qızır, çəkiləri ağır, ölçüləri böyük olur. Onlar otağın havasını və döşəmənin örtüyünü quruda bilərlər.
İstilik ventilyatorları isə nisbətən ucuz, kiçik ölçülü və kifayət qədər gücə malik olur. Bu növ cihazlarda ventilyatorun quraşdırılması isti havanın hərəkətə gətirilməsini və otağın qısa zamanda isidilməsini təmin edir. Bu cihazların çatışmayan cəhətləri isə qızdırıcı elementinin açıqda olması, oksigeni yandırması və işlədiyi zaman müəyyən qədər səsli olmasıdır.
Konvektorlar nisbətən az enerji sərfiyyatı ilə fərqlənirlər. Onlar çox baha deyil və uzun müddət istifadə oluna bilir. Yağ radiatorlarından fərqli olaraq, bu cihazların ölçüsü və çəkisi kiçikdir.
İnfraqırmızı qızdırıcılardan da son zamanlar geniş istifadə olunmağa başlanılıb. Bu tip cihazlar ən mükəmməl və səmərəli qızdırıcılar hesab olunur. Onlar səssiz işləyir, istifadə üçün rahat, enerji sərfiyyati göstəricisinə görə sərfəli hesab olunur və yüksək təhlükəsizliyə malikdirlər.
Elektrik qızdırıcıları alarkən istehlakçılar tərəfindən aşağıdakı bir sıra vacib məqamlara əməl olunmalıdır. Birinci növbədə bu malları alarkən satıcı tərəfindən onların taradan çıxarılmasına, komplektliyinə, keyfiyyətinə, mal və istehsalçısı haqqında məlumatın mövcudluğuna, lazım gələrsə onun quraşdırılıb yoxlanılmasına diqqət edilməlidir. Hər bir istehlakçı bilməlidir ki, satış üçün təqdim olunan anoloji mal nümunələri ticarət zalında yerləşdirilərkən, onların üzərində malın adı, markası, modeli, qiyməti olan yarlığı, habelə malların texniki xüsusiyyətlərini əks etdirən qısa məlumat olmalıdır. Satıcı istehlakçının tələbi və iştirakı ilə həmin malların iş prinsipinin, standartlara uyğunluğunun əyani nümayiş etdirilməsinə, malın keyfiyyəti, komplektliyi haqqında zəruri məlumatların verilməsinə, mala aid sənədlərin təqdim edilməsinə borcludur. Bu malları alarkən onunla bərabər istehsalçı tərəfindən hazırlanmış texniki pasport və ya onu əvəz edən sənədlər, satış yeri və tarix göstərilməklə, istismar üzrə təlimatlar və s. sənədləri almağı unutmayın.
Elektrik qızdırıcıları alarkən cihazın texniki parametləri, təhlükəsiz istifadə şərtlərinə aid ətraflı məlumatlarla tanış olun. Kustar üsulla hazırlanmış təhlükəsizlik tələblərinə cavab verməyən elektrik istilik çihazlarını almayın.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info