IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışında 40 ölkədən idmançının iştirakı təsdiqlənib
Tarix: 08.02.2017 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışı mayın 16-18-də Bakı İdman Sarayında keçiriləcək. Oyunlarda 40-dək ölkənin taekvando komandalarının iştirakı təsdiqlənib.
Bunu taekvondo üzrə kişilərdən ibarət Azərbaycan yığma komandasının böyük məşqçisi Rəşad Əhmədov “Bakı-2017”yə hazırlıqla bağlı AZƏRTAC-a müsahibəsində deyib.
R.Əhmədov deyib ki, ümumilikdə 300-ə yaxın kişi və qadın taekvandoçunun IV İslam Həmrəyliyi Oyunlarında iştirak etməsi təsdiqlənib. Taekvando yarışında iştirak etmək istəyən müxtəlif ölkələrin idmançılarının sayı getdikcə artır.
R.Əhmədov bildirib ki, Dünya Taekvando Federasiyasının (DTF) yarış cədvəlinə uyğun olaraq, fevralda Türkiyədəki turnirdən sonra yığma komanda martda Hollandiyada və Belçikada keçiriləcək beynəlxalq yarışlardan birinə qatılmağı planlaşdırır. Həmin turnirlərdə yüksək nəticə göstərən idmançılar ilin ən mühüm yarışında - IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər. Biz məşqçilər çalışacağıq ki, “Bakı-2017”də Azərbaycanı ən güclü idmançılarımız təmsil etsin. Bu Oyunlardan sonra ilin ən vacib yarışlarından biri iyunda Koreya Respublikasında keçiriləcək taekvando üzrə dünya çempionatı olacaq.
Taekvando yarışlarında yeni qaydalarla bağlı danışan R.Əhmədov qeyd edib: “İdmanın bu növündə xalların hesablanması, məşqçilərin döyüş vaxtı kart çıxarması ilə bağlı bəzi dəyişikliklər edilib. Yeni qaydalarla bağlı federasiyanın baş hakimi ilə birgə iclas keçirmişik və idmançılarımız bu barədə məlumatlandırılıb. Türkiyədəki turnirdə yığma komandamızın üzvləri qaydalara edilən dəyişikliklərlə tanış olacaqlar. Bu qaydaların Azərbaycan idmançılarının xeyrinə olacağını düşünürəm”.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Özünüməşğulluq proqramı iştirakçıları və onların aktivlərlə təminatına dair bütün məlumatların ictimai açıqlığı təmin edildi
17.09.2019
Neftçalanin Astanli kəndinə qaz verildi
16.09.2019
İlin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
13.09.2019
Əhali 8 ayda təxminən 24 milyard manat bazarlıq edib və daha çox ərzağa pul xərcləyib
13.09.2019
Azərbaycanda işsizlik əhəmiyyətli dərəcədə azalıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info