“Bu günə kimi 100-dən artıq tələbə kreditdən yararlana bilib”
Tarix: 08.02.2017 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


“Bu gün ali məktəblərdə mövcud olan vəsaitin 80-82 faizi əmək haqlarının ödənilməsinə sərf olunur. Qalan vəsaitlərlə isə digər ehtiyaclar ödənilir. Bu da kifayət qədər mürəkkəb məsələdir”. Bunu təhsil naziri Mikayıl Cabbarov  “Azərbaycanda tələbə kreditləri proqramı” mövzusunda tədbirdə çıxışı zamanı deyib. Nazir bildirib ki, bunu nəzərə alaraq ali məktəblər “Maarifçi” Tələbə Kredit Fondu vasitəsilə tələbələrə kreditin verilməsi üçün öhdəlik götürüb. Burada əsas məqsəd hansısa şəkildə gəlir götürmək deyil, tələbələrə təhsili davam etdirib başa çatdırmaq imkanı verməkdir.
M.Cabbarov vurğulayıb ki, artıq bu günə kimi 100-dən artıq tələbə kreditdən yararlana bilib: “Layihənin orta və uzunmüddətli uğurlu olması gələcəkdə bu məsələyə zəruri maliyyə vəsaitinin cəlb edilməsi ilə bağlıdır. Burada yalnız ali təhsil müəssisələri ilə məhdudlaşa bilmərik. Məsələ dövlət siyasətinin bir hissəsi olduğuna görə inanırıq ki, təhsil kreditlərində dövlətin də bir payı olacaq”.
M.Cabbarov əlavə edib ki, ali təhsil sistemi artıq bir neçə ildir təsərrüfat əsaslı fəaliyyət göstərir: “Bu kifayət qədər mütərəqqi bir modeldir. Dövlət yalnız mərkəzləşdirilmiş imtahanda yüksək bal yığan və dövlət sifarişli ixtisaslara qəbul olan tələbələrin pulunu ödəyir. Son 5 ildə ali məktəblərin yeni məqsədləri var. Onlar təhsildə keyfiyyət və daxili idarəçiliyi o səviyyəyə gətirilməlidir ki, öz büdcələri ilə davamlı inkişafı təmin etsinlər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info