Özbəkistan mətbuatında ölkəmizlə bağlı yazı müsabiqəsi elan olunub
Tarix: 08.02.2017 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Özbəkistandakı səfirliyimiz və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) özbək mətbuatında ölkəmizlə bağlı “İlin ən yaxşı məqaləsi” yazı müsabiqəsi elan edib.
Müsabiqə “Azərbaycan və İslam həmrəyliyi”, “Azərbaycanda ekoturizm və tibbi-müalicəvi turizm”, “Azərbaycan-Özbəkistan tərəfdaşlığı: qədimlikdən müasirliyə” mövzusunda nominasiyalar üzrə keçirilir. Qeyd olunan nominasiyalarla yanaşı, il ərzində Azərbaycanla bağlı aktiv fəaliyyət göstərən, silsilə məqalələr yazan şair, yazıçı və alimlərin də mükafatlandırılması nəzərdə tutulur.
Özbəkistan mətbuatında Azərbaycanla bağlı materiallar dərc edən mətbuat orqanı, “İlin ən yaxşı kitabı”, “İlin ən yaxşı tərcümə əsəri”, o cümlədən bu ölkədə mədəniyyətimizi təbliğ edən və ictimaiyyət arasında öz aktivliyi ilə seçilən tanınmış azərbaycanlılar və özbəklərlə yanaşı, həmçinin səfirliyimizin və Mədəniyyət Mərkəzinin tədbirlərini il ərzində geniş işıqlandıran media qurumları da müsabiqənin xüsusi mükafatları ilə təltif olunacaqlar.
“Artıq 4 ildir ki, keçirilən müsabiqə nəticəsində özbək mətbuatında Azərbaycan haqqında çoxlu sayda məqalələr dərc olunub. İnternet resurslarında özbək dilində “Azərbaycan” seqmenti üzrə axtarış apararkən çoxsaylı informasiyaların əldə edilməsi mümkün olub. Müsabiqəyə “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti də dəstək verəcək”, - deyə AMM-in direktoru Samir Abbasov bildirib.




Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Terror təşkilatı PKK tərəfdarlarının Kölndə işğal təşəbbüsü
19.03.2019
Brüsseldә bomba hәyәcanı
19.03.2019
Nursultan Nazarbayev istefa verib
19.03.2019
ABŞ-da Perunun eks-prezidenti saxlanılıb
19.03.2019
Birləşmiş Ərəb Əmirlikləri dünyada ən təhlükəsiz ölkədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info