Manilada yanğın nəticəsində 15 min nəfər evsiz qalıb
Tarix: 08.02.2017 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Fevralın 8-nə keçən gecə Filippinin paytaxtı Manilanın gecəqondu rayonunda baş verən yanğın nəticəsində 15 min nəfər evsiz qalıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Manila limanına bitişik Parola məhəlləsində bir gecədə mindən çox yaşayış tikilisi tamamilə yanıb. Yanğından mühafizə xidməti əməkdaşlarının sözlərinə görə, evlərin birində başlayan yanğın qısa müddətdə bir-birinə çox yaxın tikilən digər evlərə də keçərək bütün məhəlləyə yayılıb.
Yanğınsöndürənlər alovun öhdəsindən yalnız səhərə yaxın gələ biliblər. Hadisə nəticəsində cəmi 7 nəfər yüngül xəsarətlər alıb. Evlərini yubanmadan tərk edən məhəllə sakinləri gecəni küçələrdə keçiriblər.
Manilanın sosial xidmət orqanları səhər saatlarından etibarən insanları müvəqqəti sığınacaqlara yerləşdirməyə başlayıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info