Bütün təhsil pillələri üzrə kreditlərin verilməsi mümkün olacaq
Tarix: 08.02.2017 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


“Hazırda Azərbaycanda ali təhsilin bakalavr pilləsi üzrə tələbələrə kreditlər verilir. Gələcəkdə digər təhsil dərəcələrinə görə kreditlərin verilməsi mümkün olacaq”.
Bunu “Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud deyib. O bildirib ki, strateji planlara görə hansısa ixtisaslar üzrə də prioritetlər qoyula bilər: “Bu gün kreditlərin qaytarılması mexanizmi sabit qrafiklə hesablanır. Lakin bir çox ölkələrdə gəlirə bağlı olan qrafiklər, mexanizmlər mövcuddur. Bu gün bizim üçün bunu tətbiq etmək bəlkə də bir qədər tezdir. Biz bunu bir çox dövlət qurumları ilə birgə işləyib hazırlamalıyıq. Amma gələcəkdə bu mexanizmin olmasını istisna etmirik”. İcraçı direktor əlavə edib ki, hazırda ailə başçısını, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, sağlamlıq imkanları məhdud tələbələrə güzəştli şərtlərlə kredit verilir. Kreditlərin faiz dərəcəsinin 8 faizdən 6 faizədək dəyişdiyini deyən R. Mahmud onun qaytarılma müddətinin 5 ildən 10 ilədək olduğunu vurğulayıb: “Tələbəyə maksimum 7 min manat kredit verilir. Bu, sosial bir layihədir və burada tələbələrdən hər hansı zamin və ya girov tələb olunmur. Gələcəkdə tələbələrin yalnız təhsil haqqının ödənilməsi nəzərdə tutulmur. Biz bu işləri genişləndirməyi nəzərdə tuturuq. Bu, yataqxana xərcləri də ola bilər. Çünki biz rayonlardan gələn tələbələrlə ünsiyyətdə olarkən görürük ki, onların təhsil haqqından əlavə, yaşama yerləri ilə bağlı da çox problemləri olur. Bu məsələyə baxılacaq. Daha da irəlidə hansısa tədqiqat, araşdırma işlərində də kömək göstərilə bilər".

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu
14.11.2018
Fransada yeni diaspor təşkilatının təqdimatı olub
14.11.2018
Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info