“Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası” ikicildliyi oxucuların ixtiyarına verilib
Tarix: 08.02.2017 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Mədəniyyət və Turizm Nazirliyi tərəfindən azyaşlı və məktəbli oxucuların mütaliəsini artırmaq, ölkəmizdəki dövlət kitabxana fondlarının uşaq ədəbiyyatı nümunələri ilə zənginləşməsini təmin etmək məqsədilə “Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası” ikicildliyi nəşr olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kitabın birinci cildi bütünlüklə Azərbaycan uşaq folkloru nümunələrindən (laylalar, oxşamalar, sanamalar, tapmacalar, yanıltmaclar, atalar sözləri, əfsanələr, rəvayətlər, qaravəllilər, nağıllar) seçilərək tərtib edilib. Toplu bədii materialların xronoloji ardıcıllığı gözlənilməklə hazırlanıb.
Kitabın Azərbaycan klassik və müasir uşaq poeziyasını əhatə edən ikinci cildində 25 müəllifin şeirləri toplanıb. Antologiyanın bu cildində klassik şeirlərdəki müasir günümüzdə az istifadə olunan və ya istifadə olunmayan söz və ifadələrin izahları verilib.
Yazıçı-şair Qəşəm İsabəylinin tərtibçisi və redaktoru olduğu antologiya “Renessans-A” nəşriyyat evində yüksək poliqrafik keyfiyyətlə çap edilib.
“Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası” ikicildliyi Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info