Yevlaxda 6 min hektar sahədə aqropark yaradılır
Tarix: 08.02.2017 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Yevlax rayonunda Aran bələdiyyəsi ərazisində 6 min hektar sahədə aqropark yaradılır. Bu barədə Yevlax rayonunda 2016-cı ilin yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib.
İcra hakimiyyətinin başçısı Qoca Səmədovun məruzəsində bildirilib ki, 2016-cı ildə Yevlax rayonunda ümum məhsul buraxılışının həcmi 540,6 milyon manat olub. Bu 2015-ci ilin eyni dövrü ilə müqayisədə 55,3 milyon manat və yaxud 11,4 faiz çoxdur. Məhsul buraxılışının 10,6 milyon manatını sənaye, 76,3 milyon manatını kənd təsərrüfatı, 32,9 milyon manatını tikinti təşkil edib. Bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 34,5 milyon manat olub.
Ötən il İqtisadiyyat Nazirliyinin Aran Regional İnkişaf Mərkəzinin, Yevlax rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binaları və Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 11 ev istifadəyə verilib. Hazırda Kür çayı sahilində 5 ulduzlu hotelin, 12 saylı Ərazi Vergilər Departamentinin, 100 yerlik uşaq bağçası binalarının, Kür çayı üzərində dəmir yol körpüsünün tikintisi aparılır. 1 nömrəli musiqi məktəbi və İrəvanlı qəsəbəsindəki məktəb binası əsaslı təmir olunur. Rayonun 6 kəndinin ərazisindən keçən Mingəçevir-Aran qəsəbəsi avtomobil yolu genişləndirilir və yenidən qurulur.
Aqrar sahədə əldə olunan uğurlardan bəhs edilərkən bildirilib ki, 2016-cı ildə rayonda 1415 hektar pambıq əkilib, təcrübə məqsədilə 17 hektarda fındıq bağı salınıb. İki tona yaxın barama istehsal olunub. Rayonun əkin sahələrinin suvarılmasına xidmət edən 430,5 kilometr uzunluğunda suvarma kanalları lildən təmizlənib. 5 və 6 nömrəli paylayıcı beton kanallarda əsaslı təmir işləri görülüb, Nemətabad kəndinin əkin sahələrinin suvarılmasına xidmət edəcək 700 metr uzunluğunda beton kanal çəkilib. 420 hektar əkin sahəsini suvarmaq məqsədilə “Qaroğlan” nasos stansiyası tikilib istifadəyə verilib. Hazırda Aran bələdiyyəsi ərazisində 6 min hektar sahədə aqropark yaradılır.
Məruzə və çıxışlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılması, aqrar sahənin, təhsilin, mədəniyyətin inkişafı, elektrik enerjisi, təbii qaz və içməli su ilə təminat sahəsində görülən işlər ətraflı təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info