“Aleksandr Lapşin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb”
Tarix: 08.02.2017 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


Ötən gecə Belarusdan Azərbaycana ekstradisiya edilən bloger  Aleksandr Lapşin Dövlət Təhlükəsizliyi Xidmətindən Ədliyyə Nazirliyi Penitensar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
 
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. O, qeyd edib ki, hazırda onunla bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A. Lapşin Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A. Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb. Bu qərardan isə Ali Məhkəməyə şikayət verilib. Ali məhkəmə şikayəti təmin etməyib.   


Tural




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Səfir Mixail Boçarnikov: Azərbaycanda yaşamaq və işləmək olduqca maraqlıdır
21.05.2019
Şəhid Adil Tatarovun il mərasimi keçirilib
21.05.2019
Sumqayıt hadisələri ilə bağlı sənədli film çəkən Davud İmanov kim olub?
21.05.2019
Daxili işlər naziri Qəbələ və Bakıda sıra baxışı keçirib: 361 nəfər xidmətə qəbul olunub
21.05.2019
Prezidentin satıcı ilə söhbəti - Video

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info