Əli Əhmədov: “Azərbaycan dünyada daha yaxşı yaşayışın təmin olunması prosesində yaxından iştirak edir
Tarix: 08.02.2017 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


“Azərbaycan qloballaşan dünyanın bir hissəsidir və dünyada daha yaxşı yaşayışın təmin olunması prosesində yaxından iştirak edir”.
Bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov bu gün Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının işçi qruplarının iclasında deyib. Ə.Əhmədov bildirib ki, Azərbaycanın BMT-nin 2016-2030-cu illər üzrə Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmasının çox ciddi səbəbləri var. Baş nazirin müavini bildirib ki, dünya sürətlə dəyişir və bu baxımdan Azərbaycanın bu proqrama qoşulması tamamilə təbiidir:
“Güman edirəm ki, 2030-cu ilə qədər bu layihədə iştirak edərək hesabatlar hazırlayacağıq. Bu istiqamətdə bizim hər birimizin üzərinə mühüm vəzifələr düşür. İnanıram ki, vəzifələrimizin öhdəsindən layiqincə və vaxtında gələcəyik. 2017-ci ilin may ayında biz ilk könüllü hesabatı təqdim etməliyik. Ona görə də könüllü hesabatın hazırlanması istiqamətində işləri sürətləndirməliyik. Bu bizim BMT qarsınıda layihə ilə bağlı verəcəyimiz ilk hesabat olacaq”.
Ə.Əhmədov bildirib ki, BMT tərəfindən Azərbaycanda bu proqramla bağlı görülən işlər yüksək qiymətləndirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info