Tovuz: “Üzüm bağlarının sahəsi 3 min hektara çatdırılacaq”
Tarix: 08.02.2017 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


2007-ci ildə Tovuz rayonu ərazisində cəmi 63 hektar üzüm bağı olduğu halda, 2016-cı ildə üzüm bağlarının sahəsi 664 hektara çatdırılıb. Ötən mövsümdə məhsul verən 548 hektar üzüm bağlarından 9 min 870 ton məhsul yığılıb, 6 milyon 909 min manatlıq məhsul satılıb. Bir hektar üzüm bağından 15 min 472 manat gəlir əldə edilib. Gələcəkdə üzümlüklərin sahəsini 3 min hektara çatdırmaq proqnozlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 8-də Tovuz Şəhər Mədəniyyət Evində 2016-cı ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsi zamanı məlumat verilib.
İcra hakimiyyətinin başçısı Tofiq Zeynalovun məruzəsində bildirilib ki, hesabat dövründə rayonda məhsul buraxılışının və xidmətlərin həcmi 323 milyon 203 min manat təşkil edib. Kənd təsərrüfatında məhsul istehsalı 183 milyon 524 min manat, sənayedə 8 milyon 84 min manat, ticarət və xidmət sahələrində 107 milyon 395 min manat, nəqliyyatda 7 milyon 159 min manat, rabitədə 1 milyon 152 min manat olub.
Qeyd olunub ki, ötən ildən başlayaraq rayonda baramaçılığın inkişaf etdirilməsi istiqamətində işlər aparılır. Keçən mövsüm 1560 kiloqram yüksək kefiyyətli barama istehsal olunub. Barama istehsalının artırılması üçün lazımi yem bazasının yaradılması istiqamətində tədbirlər görülür. 2016-cı ildə baramaçılığın yem bazasının möhkəmləndirilməsi üçün xaricdən gətirilmiş 10 min ədəd çəkil tingi əkilib, eyni zamanda, 30 minə yaxın yerli tut tingi yetişdirilir. Cari ildə 10 tona yaxın barama istehsal etmək planlaşdırılıb.
Rayonda tütünçülüyün inkişafı ilə bağlı da tədbirlər görülür. Kənd təsərrüfatının gəlirli sahələrindən biri kimi rayonda emal üçün şəkər çuğundurunun istehsalına başlanılıb. Ötən il 110 hektar sahədə ilk dəfə olaraq şəkər çuğunduru əkilib, 1080 ton məhsul istehsal olunub və İmişli şəkər zavoduna satılıb. Cari ildə şəkər çuğundurunun əkin sahəsinin 2000 hektara çatdırılması və məhsuldarlığın artırılması nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, ötən il 12 min hektar otlaq sahəsi təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb olunub. Tovuzçay su anbarının tikintisi başa çatıb və Ağdağ ərazisini fasiləsiz suvarma suyu ilə təmin etmək məqsədilə Tovuzçay su anbarı üzərində nasos stansiyasında quraşdırma işləri davam etdirilir. Tovuzçay su anbarının 2016-cı ildə istifadəyə verilməsi 20 min hektar ərazinin suvarma suyuna olan tələbatını yaxşılaşdırıb və 300 hektar yeni sahələrdə suvarılma aparılmasına imkan yaradıb.
Bütövlükdə görülən işlər nəticəsində ötən il rayonun kənd təsərrüfatında ümumi məhsul istehsalı 7,4 faiz artıb.
Rayonda tikinti-quruculuq işləri də uğurla davam etdirilib. Hazırda Nizami Mədəniyyət Evinin və Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Dövlət Muzeyinin tikintisi aparılır. Ağbulaq kənd tam orta məktəbinin, Qovlar şəhər internat məktəbinin, ”Xalça istehsalı müəssisəsi”nin tikintisinə başlanıb.
Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi Əlibala Əliyev, Milli Məclisin deputatları Qənirə Paşayeva və Ülviyyə Ağayeva çıxış edərək, qarşıda duran vəzifələrlə bağlı tövsiyələrin bildiriblər.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Atatürk parkında təmir-yenidənqurma işləri aparılır
12.12.2018
Qaradağ rayonunda Ulu Öndəri anma mərasimi keçirilib
12.12.2018
143 qurumuş ağac 2000-dən çox müxtəlif cinsli tinglə əvəzlənib
12.12.2018
Daha 26 rayon üzrə 2189 arıçıya subsidiya verilməsi barədə qərar qəbul olunub
11.12.2018
Suraxanı rayonunda payız-qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info