Cocuq Mərcanlını tərk etməyən Minarə nənə 23 ildir qonum-qonşularının yolunu gözləyir
Tarix: 08.02.2017 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Cocuq Mərcanlı Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. 1993-cü ilin oktyabrında Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan kənd bir il sonra yanvarın 5-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 22 yaşayış məntəqəsi ilə birgə düşmən tapdağından azad edilib.
Minarə nənə o gündən bəri burada yaşayır. Bu ağbirçək qadının həyat yolu bir vətənpərvərlik örnəyi, yurda, torpağa bağlılığın göstəricisidir.
Ötən ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verərək hərb tariximizə daha bir şanlı səhifə yazdı. Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Bu, Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də möhkəmləndirdi. İndi cocuq mərcanlılar doğma yurdlarına qayıdaraq rahatlıqla yenidən öz həyatlarını qura bilərlər. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncam hamı kimi, 80 yaşlı Minarə Hakiyevanı da sevindirib.
Qonum-qonşularının yolunu gözləyən Minarə nənə AZƏRTAC-ın müxbirinə müsahibəsində 23 ildir təhlükəli şəraitdə yaşamasına baxmayaraq, doğma kəndini heç vaxt tərk etmədiyini deyib. O, övladları ilə birgə burada məskən salıb, əkib-becərib, necə deyərlər, əlinin zəhməti ilə dolanıb. “Torpaq şirindir. Kəndimiz azad olunan kimi doğma torpağımıza qayıtdıq. Ev tikdik, burada məskunlaşdıq. Təhlükəyə baxmayaraq, 23 ildir buradayıq. Sağ olsun əsgərlərimiz, Lələtəpə yüksəkliyini işğaldan azad etdikdən sonra təhlükəsizliyimiz tam təmin olunub. Allah hamının işini avand eləsin, köçkünlərin hamısı qayıtsın yuvasına”, – deyə Minarə nənə bildirib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info