Azərbaycanla Qazaxıstan arasında geologiya sahəsində əməkdaşlıq genişləndiriləcək
Tarix: 08.02.2017 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov və Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Geologiya və Yeraltı Sərvətlərin İstifadəsi Komitəsinin sədri Bazarbay Nurabayev arasında görüş keçirilib. Görüşdə Azərbaycan və Qazaxıstan arasında geologiya sahəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb və bu əməkdaşlıqdan məmnunluq ifadə edilib. Səfir Xəzər dənizinin ölkələrimizi ayıran deyil, əksinə birləşdirən dəniz olduğunu qeyd edərək, keçmiş SSRİ dövrində Qazaxıstanın neft yataqlarının kəşfiyyatı, hasılatı və ümumiyyətlə, neft sənayesinin qurulması və inkişafında azərbaycanlı mütəxəssislərin verdikləri töhfədən danışıb. Qarşı tərəf səfirin fikirlərinə razılıq ifadə edərək, geologiya sahəsində Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirib və Xəzər regionunun geoloji tərkibi ilə bağlı xəritənin hazırlanmasında azərbaycanlı mütəxəssislərin təcrübəsindən faydalanmağın vacibliyini vurğulayıb. Görüşdə səfir Bazarbay Nurabayevi Azərbaycana səfər etməyə dəvət edib və qarşı tərəf dəvəti məmnuniyyətlə qəbul edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info