“Gələcəkdə əlavə qaz həcmləri “Cənub Qaz Dəhlizi“ vasitəsilə ixrac edilə bilər“
Tarix: 08.02.2017 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Energetika Nazirliyində İsveç Krallığının Azərbaycandakı səfiri İnqridTersmanla energetika naziri Natiq Əliyev arasında görüş keçirilib.Energetika Nazirliyindən verilən məlumata görə, Azərbaycan-İsveç əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğulayan energetika naziri iki ölkə arasında müxtəlif sahələrdə mövcud əməkdaşlığın dərinləşdirilməsininvacibliyindən bəhs edib.N. Əliyev Azərbaycanın həyata keçirdiyi enerji layihələrinin Xəzər regionunu dünyanın diqqət mərkəzinə çevirdiyini, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri və "Cənub Qaz Dəhlizi" layihəsi ilə dənizlərin və ölkələrin birləşdiyini, əməkdaşlıq formatlarının yarandığını diqqətə çatdırıb. "Bizim üçün vacib məsələ Azərbaycan təbii qazını Avropaya çatdırmaqdır", - deyə nazir qeyd edib.Nazir diplomata "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.O, layihənin vaxtında başa çatdırılmasına və ortaya çıxan çətinliklərin aradan qaldırılmasına 23 fevralda Bakıda keçiriləcək Məşvərət Şurasının növbəti iclasında nazirlərin görüşünün töhfə verəcəyini deyib. Bildirilib ki, strateji əhəmiyyəti təkcə Azərbaycan, Türkiyə və ümumilikdə regionla məhdudlaşmayan bu layihə ölkəmizin enerji daşıyıcılarınınşaxələndirilməsi siyasətinə xidmət etməklə yanaşı, həm də mürəkkəb geosiyasi şəraitdə Avropanın qaz asılılığından xilasına hesablanmış alternativ enerji mənbəyi kimi diqqət mərkəzindədir. N. Əliyev Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağı ilə yanaşı, "Abşeron" yatağı nümunəsində zəngin qaz resurslarına malik olduğunu bildirib. Gələcəkdə əlavə qaz həcmlərinin "Cənub Qaz Dəhlizi" layihəsi vasitəsilə uğurla ixrac edilə biləcəyini deyib. "Azərbaycan 2050-ci ilədək neft-qaz sahəsində fəaliyyəti daha da gücləndirəcək proqramlara malikdir" deyən nazir beynəlxalq şirkətlərlə də əməkdaşlıq müddətinin uzadıldığını diqqətə çatdırıb.N. Əliyev hazırda Azərbaycan üçün enerjinin istehsalı və paylanmasında yol verilən itkilərin azaldılmasının prioritet olduğunu diqqətə çatdıraraq bu istiqamətdə İsveç təcrübəsindən bəhrələnməyin və əməkdaşlıq etməyin vacibliyini bildirib.Azərbaycanı Avropa üçün vacib ölkə hesab edən İ. Tersman isə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin yeni inkişaf səviyyəsini təmin edəcək tədbirlərin həm də İsveçlə ikitərəfli münasibətlərin genişlənməsinə təsir göstərəcəyini vurğulayıb. Səfir ölkəsinin daha çox bərpa olunan enerji sahəsinə investisiya qoyuluşunu həyata keçirdiyini vurğulayaraq, Azərbaycanda bu istiqamətdə görülən işlər və beynəlxalq şirkətlərin iştirakı ilə maraqlanıb.Görüşdə həmçinin iki ölkə arasında enerji sahəsi də daxil olmaqla iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün biznes nümayəndələri arasında əlaqələrin artırılmasının, forumların keçirilməsinin və bu sahədə yeni imkanların araşdırılmasının zəruriliyi ilə bağlı fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Məşğulluq Strategiyası insan kapitalının inkişafında, məşğulluğun təminatında mühüm addımların atılmasına imkan yaradacaq
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info