Merkel Varşavaya səfər edib
Tarix: 08.02.2017 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


Almaniya kansleri Angela Merkel Varşavaya səfər edib. Bu, Polşanın Baş naziri Beata Şidlonun Berlinə keçənilki səfərinə bir növ cavab olub. Merkel Varşavada Polşa prezidenti Ancey Duda ilə, müxalifətçi “Polşa Kəndli Partiyası” və “Vətəndaş platforması” partiyalarının liderləri, habelə Polşada yaşayan almanların nümayəndələri ilə görüşüb. Almaniya kanslerinin səfərinin proqramında ən mühüm bənd isə son bir neçə ildə ilk dəfə Yaroslav Kaçinski ilə görüş olub. Berlində qeyd edirlər ki, bu görüş Polşa tərəfinin təklifi ilə baş tutub. “Alman dalğası” yazır ki, Kaçinski ölkədə ən nüfuzlu siyasətçidir. Artıq bir neçə ildir ki, o, istər şəxsi, istərsə də işgüzar xarakterli məsələlərlə əlaqədar, xarici ölkələrdə olmayıb. Kaçinskinin əsas maraqları daxili siyasət məsələləri, ilk növbədə özünün təbirincə desək, bu ölkə üçün özünün təyin etdiyi “mühafizəkar əksinqilab” məsələsi üzərində cəmləşib. 2015-ci ildə “ZiS” partiyası parlament seçkilərində qalib gələndən sonra bu partiyanın lideri əcnəbi qonaqları nadir hallarda qəbul edib. Son illərdə Yaroslav Kaçinski, məsələn, Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşüb. Kaçinskinin Merkel ilə görüşü günün ikinci yarısında “neytral ərazidə” baş tutub. Almaniya-Polşa münasibətləri heç vaxt indiki dərəcədə möhkəm olmayıb. 2016-cı ildə iki ölkə arasında ticarət mübadiləsinin həcmi ilk dəfə 100 milyard avroya çatıb. Təhlükəsizlik və müdafiə sahələrində birgə iş ümumiyyətlə, yaxşı gedir. Lakin əksər hallarda yaranan problemlər regionun hüdudlarını aşır. Belə problemlərdən biri Polşa hakimiyyət orqanları tərəfindən məhkəmə sistemində aparılmış islahatın Avropa İttifaqında iradlara səbəb olmasıdır. Polşa Seymi tərəfindən ölkənin Konstitusiya Məhkəməsinin səlahiyyətlərini məhdudlaşdıran qanun qəbul ediləndən sonra 2016-cı ilin yanvarında Avropa komissiyası Polşada hüququn aliliyi prinsipinə riayət edilməsinin vəziyyətini yoxlamağa başlayıb. Merkelin Varşavada apardığı danışıqların əsas mövzuları Avropa İttifaqının gələcəyi və miqrasiya siyasəti məsələləri olub. Polşa Aİ səviyyəsində bağlanmış müqavilələrə Aİ üzvü olan ölkələrin rolunun güclənməsinə yönəlmiş dəyişikliklər daxil olunmasını təklif edir. Almaniyada isə bu ideya ilə razılaşmırlar.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Son bir həftədə Yaponiyada istilərdən 7 nəfər ölüb
20.08.2019
Qaçqın problemi Avropa üçün təhlükəli hal alır
20.08.2019
Əfqanıstanda bombalı hücum
19.08.2019
İdlibdə hərbi karvana hücum olub
19.08.2019
İordaniya beynəlxalq ictimaiyyətə çağırdış etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10865

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info