Ohanyan Serj Sərkisyanı mart hadisələrinin təşkilatçılığında ittiham edir
Tarix: 08.02.2017 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


Ermənistanda ictimai-siyasi vəziyyət yenidən gərginləşib. Keçmiş müdafiə naziri Seyran Ohanyanla Serj Sərkisyan arasında qalmaqal getdikcə dərinləşir. O, Ermənistan rəhbərini 1 mart hadisələrinin təşkilatçılığında ittiham edir. Tərəflər doqquz il əvvəl İrəvanda martın 1-də baş verən qırğınlarda bir-birilərini günahlandırırlar. 2008-ci ilin martın 1-i Ermənistan tarixinə qara hərflərlə yazılıb. Həmin gün baş verən qanlı toqquşmada 10 nəfər dinc sakin öldürülüb, 200 nəfər müxtəlif dərəcədə xəsarət alıb, daha 100 nəfər isə həbs edilib. 1 mart hadisələrinin öyrənilməsi və faktların toplanması üzrə qrup hələ də hadisələrdə əli olanları üzə çıxarmayıb. Doqquz il sonra həmin iğtişaşlar yenidən hadisələrin iştirakçısı, keçmiş müdafiə naziri Seyran Ohanyan tərəfindən Ermənistan gündəminə gəlib. S.Ohanyan jurnalistlərə müsahibəsində bildirib ki, onlara həmin gün İrəvanın küçələrinə qoşun yeridilməsi tapşırığı verilib. Müdafiə Nazirliyinin tabeliyində olan hərbçilərin böyük hissəsi S.Sərkisyana və onun klanına məxsus obyektlərin mühafizəsinə cəlb olunub. Xüsusi təyinatlı qoşunlar isə dinc əhalinin üzərinə yeridilib. Aksiya zamanı iğtişaşları da S.Sərkisyanın mülki geyimdə olan adamları törədib. Bu isə nümayişçilərə atəş açmaq üçün bəhanə olub. Ermənistanın Xüsusi Təhqiqat Xidmətinin keçmiş üzvü Andranik Koçaryan da baş verənlərdə S.Sərkisyanın birbaşa iştirakı olduğunu deyib. O bildirib ki, 1 mart qurbanları cəmiyyətə cinayətkar kimi təqdim edilir. Onlar sadəcə Ermənistanda növbəti prezident seçkisindən sonra seçkinin nəticələrinə etiraz edən dinc sakinlər olublar. Xatırladaq ki, 2008-ci il martın 1-dən 2-dək davam edən etiraz aksiyası mitinq iştirakçıları ilə polis arasında qarşıdurma ilə yekunlaşıb. S.Sarkisyan isə hakimiyyəti zor gücünə ələ keçirdikdən sonra ölkə rəhbəri kimi cinayətkar mahiyyətinə uyğun fəaliyyətini davam etdirməkdədir.




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Çin liderindən Ərdoğana gözlənilməz təklif
16.06.2019
Mahaçqalada tankerdə partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb
15.06.2019
Gürcüstanın təbii qaza olan ehtiyacının 97 faizi Azərbaycanın hesabına təmin olunur
14.06.2019
“1in.am”: “Rəsmi İrəvanın son addımları Moskva tərəfindən qəbul edilmir”
14.06.2019
Krasnoyarskdakı Azərbaycan diasporu Rusiya Gününü qeyd edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info