AMEA ilə media arasında əməkdaşlıq genişləndiriləcək
Tarix: 09.02.2017 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxanasında media və AMEA rəhbərliyi arasında görüş keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli bildirib ki, görüşün məqsədi akademiya ilə media qurumları arasında əlaqələrin genişləndirilməsidir.
İ.Həbibəyli bildirib ki, akademiya ilə media qurumları arasında informasiya mübadiləsinin aparılması həm cəmiyyət üçün, həm də Azərbaycan həqiqətlərinin dünyada təbliği baxımından çox faydalı nəticələr verə bilər: “Akademiya daxilində baş verən faydalı proseslər barəsində, alimlərin kəşfləri haqqında məlumatların cəmiyyətə çatdırılmasında media mühüm rol oynaya bilər. Eyni zamanda akademiya öz informasiya resursları ilə mediaya köməklik göstərə bilər”.
Görüşdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, bütün problemlərə elmin süzgəcindən keçirməklə baxmalıyıq: “Bu baxımdan akademiya ilə media arasında əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Akademiyada baş verən elmi proseslərin, nailiyyətlərin cəmiyyətə, beynəlxalq ictimaiyyətə çatdırılmasında media mühüm töhfə verə bilər”. Ə.Amaşov bildirib ki, akademiya ilə media arasında əməkdaşlıq insanların kitablara marağının artırılması baxımından da vacibdir: “İnsanlar kitaba qayıtmalıdır, kitab oxumağa həvəsləndirilməlidir. Biz bu sahəfə maarifləndirmə işi aparmalıyıq. Eyni zamanda qəzetlərin müəyyən nüsxələrinin kitbaxanalara çatdırılması, jurnalistlərin kitabxanalara girişinin asanlaşdırılması vacibdir. Bu, həm də jurnalistlərin kitabxanalara bağlılığını gücləndirər, hər hansı faktları dəqiqləşdirmək üçün kitabxanalara müraciət etməsinə şərait yarada bilər”.
Görüşdə çıxış edən Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafında Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, ictimai fikrin formalaşmasında medianın mühüm rolu var: “Elmlər Akademiyası mühüm işlər görür, alimlər kəşflər edir, lakin bu işlərin mediada təbliğini az görürük. Bu da akademiya ilə media arasında əlaqələrin o qədər də möhkəm olmamasından irəli gəlir. Biz bu sahədə bir çox tədbirlər, konfranslar həyata keçiririk. Eyni zamanda jurnalistlər alimlərin araşdırmalarından istifadə edir. Bundan sonra akademiya ilə media arasında əlaqələri genişləndirəcəyik. Bundan həm akademiya işçiləri, həm alimlər, həm də jurnalistlər faydalanacaq”.
Tədbirdə çıxış edən digər iştirakçılar da media ilə akademiya arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info