“VPS Healthcare” şirkəti Azərbaycanda dərman istehsal etmək niyyətindədir
Tarix: 09.02.2017 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


İqtisadiyyat naziri Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin “VPS Healthcare” şirkətinin direktoru Şəmşir Vayalilin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə nazir Şahin Mustafayev Azərbaycanın investisiya və biznes mühiti, əczaçılıq sənayesinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib.
“VPS Healthcare” şirkətinin fəaliyyəti barədə məlumat verən Şəmşir Vayalil ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu və Azərbaycanda əczaçılıq sənayesinin inkişafı üçün böyük imkanları qeyd edib. Sonra “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “VPS Healthcare” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə Azərbaycanda beynəlxalq standartlara uyğun birgə dərman istehsalının təşkili üzrə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur. Səhiyyə sahəsində dünyada tanınmış şirkətlərdən olan “VPS Healthcare” şirkətinin 20 ixtisaslaşmış klinikası, Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, Səudiyyə Ərəbistanı, Oman, Qətər və Hindistanda 13 brenddə xəstəxana və sağlamlıq mərkəzləri, Dubayda “LİFEPharma” əczaçılıq zavodu, Hindistanda stomatologiya kolleci və s. fəaliyyət göstərir. “LİFEPharma” dərman zavodunun məhsulları Asiya, Avropa, Şimali və Cənubi Amerikaya ixrac olunur. Şirkətin daha bir əczaçılıq zavodu Əbu Dabidə tikilir.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Çexiya şirkətləri Bakı-Tbilisi-Qars ilə yükdaşımalara maraq göstərir
21.01.2019
Neftin qiyməti bahalaşır
21.01.2019
Azərbaycan Hindistanda keçirilən “Canlı Qucarat 2019” zirvə görüşündə təmsil olunur
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info