“İcbari tibbi sığortanın tətbiqi ilə bağlı ilkin nəticələr var“
Tarix: 09.02.2017 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Əli Əhmədov: “Mingəçevirdə və Yevlaxda artıq insanlar icbari tibbi sığorta sistemi ilə xəstəxanalara müraciət edərək tibbi xidmətlər alırlar”

Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının İşçi Qruplarının iclası keçirilib. Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Azərbaycanın BMT-nin qlobal inkişafla bağlı təşəbbüslərində yaxından iştirakını deyib. Qeyd edib ki, bu iştirakçılıq ən yaxşı praktiki və innovativ ideyaları paylaşmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın BMT-nin yeni təşəbbüsünə - 2030-cu ilə qədər olan dövrdə Davamlı İnkişaf üzrə Gündəliyə qoşulmasından məmnunluğunu ifadə edən Baş nazirin müavini bunun ölkəmizdə Davamlı İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsində və milli inkişaf prioritetlərinin müəyyənləşdirilməsində yeni bələdçi rolunu oynayacağını vurğulayıb. Deyib ki, BMT-nin müəyyən etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədi üzrə 169 hədəf müəyyən olunub. Əli Əhmədov Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar Yüksək Səviyyəli Siyasi Forum üçün Azərbaycanın ilkin hesabatının hazırlanaraq təqdim olunmasını Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu qeyd edib.

“Azərbaycan dünyada daha yaxşı yaşayışın təmin olunması prosesində yaxından iştirak edir

Baş nazirin müavini bildirib ki, “Azərbaycan qloballaşan dünyanın bir hissəsidir və dünyada daha yaxşı yaşayışın təmin olunması prosesində yaxından iştirak edir”.
Bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini Ə.Əhmədov bildirib ki, Azərbaycanın BMT-nin 2016-2030-cu illər üzrə Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmasının çox ciddi səbəbləri var. Baş nazirin müavini bildirib ki, dünya sürətlə dəyişir və bu baxımdan Azərbaycanın bu proqrama qoşulması tamamilə təbiidir:
“Güman edirəm ki, 2030-cu ilə qədər bu layihədə iştirak edərək hesabatlar hazırlayacağıq. Bu istiqamətdə bizim hər birimizin üzərinə mühüm vəzifələr düşür. İnanıram ki, vəzifələrimizin öhdəsindən layiqincə və vaxtında gələcəyik. 2017-ci ilin may ayında biz ilk könüllü hesabatı təqdim etməliyik. Ona görə də könüllü hesabatın hazırlanması istiqamətində işləri sürətləndirməliyik. Bu bizim BMT qarsınıda layihə ilə bağlı verəcəyimiz ilk hesabat olacaq”. Ə.Əhmədov bildirib ki, BMT tərəfindən Azərbaycanda bu proqramla bağlı görülən işlər yüksək qiymətləndirilib.

“Yaxın zamanlarda Azərbaycanda dərman istehsalına başlanmasını istəyirik”

“Dərman çatışmazlığı ilə bağlı informasiyalar zaman-zaman bizə də gəlib çatır. Bununla bağlı operativ şəkildə reaksiya verilir” deyən Baş nazirin müavini Əli Əhmədov bildirib ki, dərman Azərbaycana əsasən idxal olunur: “Yaxın zamanlarda Azərbaycanda dərman istehsalına başlanmasını istəyirik. O vaxta qədər idxalla hesablaşmalı olacağıq. Ona görə də müəyyən çətinliklərin yaranması halı müşahidə olunur. Amma kritik vəziyyət yoxdur, operativ şəkildə buna reaksiya verilir. Dərman bazarının lazımi dərman vasitələri ilə təmin olunması üçün operativ şəkildə addımlar atılır".
Baş nazirin müavini qeyd edib ki, dərman idxal edən şirkətlərin normal fəaliyyət göstərməsi üçün lazımi tədbirlər görülür: “Güman edirəm ki, hər hansı aptek təşkilatında bu və ya digər dərman vasitəsinin tapılması ilə bağlı çətinlik varsa, bu, bütövlükdə həmin dərman vasitələrinin Azərbaycanda olmaması qənaətinə gəlməyə əsas vermir. Digər apteklərdə həmin dərmanlar var. Ancaq bu gündən siqnal əsasında bir daha hansı dərman çatışmırsa, həmin məsələ ilə məşğul olmağa başlayacağıq”. Əli Əhmədov bildirib ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı ilkin nəticələr var . O qeyd edib ki, icbari tibbi sığorta ilə bağlı pilot layihələr fevralın 1-dən etibarən Mingəçevir və Yevlaxda həyata keçirilir: “İlkin nəticələr var. Aldığım məlumata görə, istər Mingəçevirdə, istərsə də Yevlaxda artıq insanlar icbari tibbi sığorta sistemi ilə xəstəxanalara müraciət edərək tibbi xidmətlər alırlar. İnsanlarda ilkin məmnunluq hissləri var. İlkin nəticələr haqqında geniş fikir söyləmək çətindir amma bizi məmnun edən nəticələr var”.

Strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasına dair ilkin layihə hazırlanıb

Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvü Tahir Budaqov DİM çərçivəsində statistik göstəricilərin BMT-nin tələblərinə uyğunlaşdırılması sahəsində görülən işlərdən danışıb. Tahir Budaqov Dayanıqlı İnkişaf Məqsədlərinə müvafiq olaraq müəyyən edilmiş göstəricilər üzrə statistik məlumatların ildə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən Şuraya təqdim edilməsi barədə qərarın qəbul edildiyini xatırladıb. Komitə sədri qeyd edib ki, BMT 230 statistik göstərici üzrə hesabat hazırlayacaq. Bu göstəricilərin 70-ə yaxını Azərbaycanda var. Dayanıqlı İnkişaf Məqsədləri və hədəflərinə uyğun milli prioritetlərin və göstəricilərin müəyyən edilməsi üzrə Statistika Komitəsi tərəfindən müxtəlif qurumlarda müvafiq şəxslər müəyyən olunub. Həmin qurumların məlumat bazasının Dövlət Statistika Komitəsinin məlumat bazasına inteqrasiyası üzrə işlər görülür. Komitədə isə 3 işçi qrupu yaradılıb.
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Azərbaycanın BMT-nin bir çox təşəbbüs və proqramlarına, o cümlədən Minilliyin İnkişaf Məqsədlərinə və Davamlı İnkişaf Məqsədlərinə qoşulduğunu vurğulayıb. Ölkəmizin DİM-ə və bu təşəbbüsdə əks olunan hədəflərin reallaşdırılmasına böyük önəm verdiyini qeyd edən Sevinc Həsənova vurğulayıb ki, DİM-ə qoşulan digər ölkələrlə müqayisədə yalnız Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və bu, BMT tərəfindən yüksək qiymətləndirilib.
O bildirib ki, artıq DİM-lər üzrə qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edilməsinə, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasına dair ilkin layihə hazırlanıb. Bununla belə sənəd üzərində iş davam etdirilir və bu sahədə Milli Əlaqələndirmə Şurasının tərkibində yaradılmış işçi qruplarının üzərinə böyük iş düşür.

Məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılacaq

İclasda çıxış edən Ailə, qadın, uşaq problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib ki, "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılacaq. Söhbət fiziki məişət zorakılığından gedir". S. Qəhrəmanova deyib ki, cinsi ayrı-seçkiliklə bağlı məsuliyyətə görə məsuliyyət qanunvericilikdə nəzərdə tutulsa da, bununla bağlı mexanizm yoxdur: "İnsan alverinə qarşı mübarizə ilə əlaqədar iki dəfə Milli Proqram qəbul olunub, ancaq hələ də bu istiqamətdə işlər görülməlidir. Azərbaycanda il ərzində qeydə alınan məişət zorakılığı insan alveri hallarından 8-9 dəfə çoxdur. Məişət zorakılığı haqqında Milli Fəaliyyət Proqramının hazırlanmasına və qəbul edilməsinə ehtiyac var. Məişət zorakılığına məruz qalanlar üçün sığınacaqlarla bağlı da çatışmazlıq var. Yeddi QHT tərəfindən belə sığınacaqlar yaradılsa da, yetərli deyil. Bu sahədə maddi problemlər var".
Dövlət Komitəsi sədrinin müavini bildirib ki, qız uşaqlarının erkən yaşda ərə verilməsi təhsildən yayınma, reproduktiv sağlamlıqla bağlı problemlərin yaranmasına səbəb olur: "Bu istiqamətdə görülən işlər öz səmərəsini verir. İl ərzində 15-17 yaşlı qızlar 3 minə yaxın uşaq dünyaya gətirirsə, bu, bizi narahat etməlidir. Bu qədər uşaq dünyaya göz açırsa, bununla bağlı qanunvericiliyə uyğun olaraq hansı sayda günahkarlar məsuliyyətə cəlb edilir? Bu sahədə hüquq-mühafizə orqanları ilə bərabər digər icra strukturları da qanunvericiliyi pozan insanların məsuliyyətə cəlb olunmasında aktıv iştirak etməlidir. Yerli orqanlar da bu sahədə problemlərə həssaslıqlarını artırmalıdırlar".
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info