Amerikalı general Yaponiya Kibertəhlükəsizlik Agentiliyinin məsləhətçisi olacaq
Tarix: 09.02.2017 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (MTA) sabiq rəhbəri, general Kit Aleksander apreldə fəaliyyətə başlayacaq Yaponiya İnformasiya Texnologiyalarının Təşviqi Agentliyinin tərkibinə daxil olacaq. Bu barədə NHK telekanalı məlumat yayıb. Kit Aleksander 2005-2014-cü illərdə MTA-ya rəhbərlik edib. General həmin vəzifədən “Snoudenin işi” adlandrılan qalmaqala görə kənarlaşdırılıb. Mərkəzi Kəşfiyyat İdarəsinin və Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı bu qurumlar tərəfindən yalnız terrorçuluq fəaliyyətində şübhəli bilinənlər barədə deyil, eyni zamanda, qanunlara tabe olan vətəndaşlar, o cümlədən bir çox xarici ölkələrin yüksək vəzifəli məmurları və rəhbərləri haqda məlumatları 2013-cü ildə kütləvi informasiya vasitələrinə ötürmüşdü. İctimailəşən məlumatlar geniş rezonans doğuraraq, həm ölkə daxilində, həm də ABŞ-ın izləmə obyekti olan müttəfiqləri arasında MTA-nın kəskin tənqidinə səbəb olmuşdu. Yapon agentliyinin qənaətinə görə, yeni qurumun əməkdaşları K.Aleksanderin böyük təcrübəsindən çox faydalana bilərlər. Belə ki, yeni yaradılan agentliyin fəaliyyətinə yapon kompaniyalarından və müəssisələrindən məlumatların sızmasının qarşısını almaq da daxil olacaq. MTA-nın məxfi məlumatlarının kənara sızması ilə bağlı ən böyük hadisə məhz K.Aleksanderin bu quruma rəhbərlik etdiyi dövrdə baş verib. O, yapon şirkətlərinin göndərəcəyi 100 əməkdaşa xüsusi olaraq yaradılan haker hücumunu modelləşdirən proqram vasitəsilə kiberhücumların qarşısını almağı öyrədəcək.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info