Senatda Rusiyaya qarşı sanksiyaların ləğvini qadağan edən qanun layihəsi hazırlanıb
Tarix: 09.02.2017 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


ABŞ Senatında prezident Donald Trampın Rusiyaya qarşı sanksiyaları ləğv etməsini əngəlləmək məqsədilə qanun layihəsi hazırlanıb. CNN xəbər verir ki, qanun layihəsinə respublikaçı Lindsi Qrem və demokrat Ben Kardin həmmüəlliflik edir. Sənədin mahiyyəti bundan ibarətdir ki, əgər Ağ Ev sanksiyaları ləğv etmək istəyərsə, əvvəlcə Konqresin qarşısında bu qərarı ətraflı şəkildə əsaslandırmalıdır. Daha sonra 120 gün vaxt keçməlidir və bu müddət ərzində Konqres üzvləri prezidentin mövqeyi ilə razılaşıb-razılaşmamaq barədə qərar verməlidir. Layihə Senatda say üstünlüyünə malik olan respublikaçıların Con Makkeyn, Marko Rubio kimi nüfuzlu simaları tərəfindən dəstəklənir. Senatın Xarici əlaqələr komitəsinin sədri, respublikaçı Bob Korker də Rusiyaya tətbiq olunmuş sanksiyaların ləğvinin əleyhinədir. Onun mətbuat katibi bildirib ki, senator Korker Rusiyanın Ukraynadakı davranışlarına görə sanksiyaların ləğvinin əleyhinə çıxır. Senator B. Kardin deyib ki, səsvermədə qanun layihəsinin 67 səs (üçdə iki) toplamasına ümid edir. Bu halda prezidentin sənədə veto qoymaq hüququ olmayacaq. İraqın baş naziri: “İŞİD liderinin demək olar ki, bütün ətrafı məhv edilib”




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info