Ağ Ev Avropa Parlamentinə qarşı
Tarix: 09.02.2017 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Tramp Avropa Birliyinin dağılacağını, avronun iflasa uğrayacağını deyən diplomatı ora səfir göndərir
Avropa Parlamentinin əsas siyasi partiya liderləri ABŞ-ı Avropa Birliyində təmsil edəcək yeni səfir Ted Mellokun təyinatına qarşı çıxırlar. Onlar açıq şəkildə ABŞ elçisinin namizədliyinin qarşısını almağa çalışırlar. Qeyd edək ki, plenar sessiya üçün hazırlanan sənəddə Ted Mellok Avropa Birliyinə qarşı düşmən mövqedə köklənmiş şəxs kimi təqdim edilir. Amma Ted Mellok onun barəsində deyilənlərlə razılaşmır. Başqa bir maraqlı nüans isə odur ki, amerikalı iş adamı Mellokun Avropa Birliyinə səfir kimi namizədliyi hələ rəsmən təqdim edilməsə də Avropa Parlamentində təmsil olunan mühafizəkar, sosialist və liberal partiyalar etirazlara başlayıblar. Onlar hətta Avropa Komissiyasına məktubla müraciət etməyə də imkan tapıblar. Fraksiyalar növbədənkənar plenar iclasda təyinatla bağlı məsələnin nəzərdən keçirilməsi üçün xüsusi hesabat hazırlayıblar. Həmin hesabatda Avropa Parlamentində sayına görə ikincilik təşkil edən “Sosialist və demokratların tərəqqi alyansı”nın nümayəndələri qeyd ediblər ki, ABŞ-ın yeni namizəd təyinatı qəbuledilməzdir. Onlar Mellokun namizədliyin Strasburqda növbəti plenar iclasda müzakirə etməyə çağırırlar. Həmin qüvvələr Avropa Birliyinə daxil olan ölkələrin xarici işlər nazirlərinin transatlantik əməkdaşlığa dair təcili iclasının da keçirilməsinə çağırış ediblər. Avropa Birliyində sayca üçüncülük təşkil edən “Avropa mühafizəkarlar və İslahatçılar” fraksiyasının üzvləri də Ted Mellokun təyinatına şübhə ilə baxırlar: “Biz birliyimizi pozmağa çalışan bir şəxsin rəsmi olaraq təşkilatda səfir kimi təmsil olunmasının əleyhinəyik”. Xatırladaq ki, Ted Mellok əvvəllər Senat komitəsində xarici işlər üzrə məsul vəzifədə, ABŞ Dövlət Departamenti və BMT-də çalışıb, Trampın prezident kampaniyası zamanı əsas məsləhətçilərdən biri olub. ABŞ-da Melloku Avropa Birliyində səfir postuna əsas namizəd kimi dəyərləndirilər. Xatırladaq ki, Mellok dəfələrlə Avropa Birliyinin əleyhinə açıqlamaalr verib. Britaniyanın Avropa Birliyindən çıxmaşını təqdir edən Mellok təşkilatın perspektivdə mövcudluğuna şübhə etdiyini, avronun iflasa uğrayacağını deyib: “Donald Trampın millətlər üştü təşkilatlara münasibəti mənfidir”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info