Bakı-Şamaxı yolu yeni görkəm alır
Tarix: 09.02.2017 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


“Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13,3 - 91-ci km.lik (77,7 km) hissəsinin I texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına (bəzi hissələrdə 6 zolaq) genişləndirilməsi layihəsi uğurla icra olunur.
 
ASC-dən verilən məlumata görə, ümumilikdə yol örtüyünün əsası (asfalt-beton örtük) 29 sm təşkil edəcək.
 
Layihəyə uyğun olaraq yol yatağının eni 27,5 m, yolun hərəkət hissəsinin eni 15 m,
hərəkət zolaqlarının eni 3,75 m, ayrıcı zolağın eni 5 m, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 metrdir.
 
Yol geyiminin qalınlığı 1 m 16 santimetrdir. Yolun hamarlayıcı layı 50 sm,
əsasın qranular alt layının qalınlığı 22 sm, doğranmış əsas layının qalınlığı isə 15 sm,
bitumlu əsas layının qalınlığı 19 sm, əlaqələndirici asfalt layının qalınlığı 6 sm,
üst aşınma layının qalınlığı 4 santimetr təşkil edir.
 
Sözügedən avtomobil yolu 4 hissə üzrə yenidən qurulur:
 
13,3 - 15,1 km;
15,1 - 44,6 km;
44.6 - 67.5 km;
67,5 - 91,0 km.
 
Yolun 44,6-67,5-ci km-lik (22,9 km) hissəsi (Cəngi-Qobustan) üzrə yenidənqurma işləri tam olaraq yekunlaşdırılıb. Yolun tikintisinə 2013-cü ilin avqust ayında başlanılıb. Yol boyu layihə çərçivəsində 42 ədəd dairəvi boru, 6 ədəd düzbucaqlı su keçidi və 8 ədəd yeraltı  keçid inşa olunub. Bundan başqa yolun 56-cı km-də, Qobustan rayonu Cəngi kəndi ərazisində yeni yerüstü piyada keçidi də inşa olunub. Metal konstruksiyalı keçidin uzunluğu 31 m, eni isə 2,7 m-dir.
 
Yolun 62,9-cu km-də, Ceyrankeçməz çayı üzərində 47,5 m uzunluğunda yeni avtomobil körpüsünün və 6 yerdə geri dönmə hissəsinin tikintisi də başa çatdırılıb.
 
Layihənin 13,3 - 15.1-ci km.lik (1,9 km) hissəsində (Müşfiqabad qəsəbəsi) yerinə yetişdirilmiş iş həcmi 19 faiz təşkil edir. Burda tikinti işlərinə 2016-cı ilin avqust ayında start verilib.
 
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun qeyd olunan hissəsinin yenidən qurulması layihəsi üzrə yolun genişləndirilməsi, nəqliyyat vasitələrinin yola asan girişini təmin etmək məqsədi ilə hər iki istiqamət üzrə 4,5 m enində kollektor yolların inşası, Müşfiq qəsəbəsinə daha təhlükəsiz giriş-çıxışını təmin etmək üçün mövcud yol ötürücüsündən istifadə etməklə 300 m uzunluğunda qəsəbədaxili yolun, həmçinin drenaj şəbəkəsinin yenidən qurulması işləri yerinə yetirilir.
 
Bundan başqa su keçidi və metal konstruksiyalı 2 ədəd yerüstü piyada keçidi inşa edilir, həmçinin piyadaların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə iki istiqamət üzrə 1,5 m enində səkilərin də tikintisi nəzərdə tutulub.
 
Layihənin 15,1 – 44,6-cı kilometrlik (29,6 km) hissəsində (Müşviqabad-Cəngi) tikinti işlərinə 2011-ci ilin avqust ayından başlanılıb. Bu günə qədər yerinə yetirilmiş iş həcmi 68% təşkil edir. Layihə üzrə bu hissədə 35 ədəd dairəvi borunun, 9 ədəd düzbucaqlı su keçidinin, 4 ədəd alt keçidin, 5 ədəd geri dönmə hissələrin, 26 ədəd drenaj boruların və Pirəkəşkül qəsəbəsi ərazisində 1 ədəd metal konstruksiyadan ibarət yerüstü piyada keçidinin tikintisi işləri aparılmalıdır. Hazırda bu hissədə mövcud yolun 15-22-ci kilometrliyində deformasiyaya uğrayan hissələrin yenidən qurulması və su ötürücü boruların tikintisi işləri aparılır.
 
Layihənin 67,5 – 91,0 kilometrlik (23,5 km) hissəsində isə (Qobustan-Bədəlli) tikinti işlərinə 2013-cü ilin dekabr ayında başlanılıb və yerinə yetirilmiş işlərin həcmi 74%-dir. Yolun 68,4-cü kilometrliyində, Ceyrankeçməz çayı üzərində 2-ci avtomobil körpüsünün də inşası bitib. Körpünün uzunluğu 54,1 m təşkil edir. Layihə üzrə sözügedən hissədə 46 ədəd dairəvi borudan 17-si, 3 ədəd düzbucaqlı su keçidi və 8 ədəd yeraltı keçid inşa edilib. Hazırda  torpaq yatağının, yol geyiminin dənəvər laylarının, asfalt-beton layların, suötürücü boruların, yeraltı keçidlərin tikintisi işləri görülür. Sözügedən hissədə 5 ədəd yerüstü piyada keçidinin quraşdırılması nəzərdə tutulub. Hazırda keçidlərin tikintisi ilə əlaqədar işlərə başlanılıb. Magistral yolun 70-ci km-də sürüşməyə meylli sahədə svay işləri, əsasın alt materiallarının sərilməsi və asfalt-beton işləri davam etdirilir.
 
Ümumilikdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13,3 - 91-ci kilometrlik hissəsində layihə çərçivəsində 123 ədəd dairəvi boru, 14 ədəd düzbucaqlı su keçidi, 20 ədəd yeraltı keçid və 26 ədəd drenaj boru olmalıdır. Həmçinin yol boyu zəruri olan ərazilərdə 8 ədəd yerüstü piyada keçidinin inşası da planlaşdırılır.
 
Bundan başqa, layihə üzrə 11 ədəd geri dönməni təmin etmək üçün xüsusi hissə və Ceyrankeçməz çayı üzərində 2 yeni avtomobil körpüsü də var. Yaxın müddət ərzində isə yolun 91-107 km-lik (16 km) hissəsinin də yenidən qurulmasına başlanılacaq. 
 
Qeyd edək ki, regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi turizmin və kənd təsərrüfatının inkişafına, nəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.


Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info