«Sağlam qida – Sağlam həyat» layihəsi uğurla yekunlaşdı
Tarix: 09.02.2017 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


“Həmrəy” «Həmrəy» Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi öz nizamnaməsinə uyğun oaraq, milli genefondumuzun qorunması və sağlam nəslin böyüməsi istiqamətində dövlət tərəfindən görülən çoxtərkibli işlərə dəstək verməkdə davam edir.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi IX qrant müsabiqəsinə «Həmrəy» Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi «Sağlam qida – Sağlam həyat» adlı layihə təqdim etdi və müsabiqənin qaliblərindən biri oldu. Bu xüsusda, Yevlax, Mingəçevir, Ağdaş, Ucar şəhər/rayonlarında gənclərin sağlam qidalanma və sağlam həyatla əlaqədar biliklərinin artırılması məqsədilə Elmi-praktiki konfranslar həyata keçirildi.
Layihənin İcra planının aktiv fazasına uyğun olaraq, ötən ilin dekabr ayının 6-da Yevlax, 7-də Mingəçevir, 8-də Ağdaş, 9-da Ucar şəhər/rayonlarında baş tutan elmi-praktiki konfranslarda 4 şəhər/rayonun hər birindən 200 nəfərdən çox olmaqla 800-dən yuxarı gənc iştirak etdi.
Tədbirlərə gənclərlə yanaşı, Şəhər/Rayon İcra Hakimiyyətləri, Gənclər və İdman İdarələrinin rəsmiləri, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri də qatıldı.
Təşkilat komitəsinin rəhbəri və üzvləri tədbirin mahiyyətindən, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən aparılan inamlı gənclər siyasətinin incəliklərindən söz açdılar. Onlar bu sahənin Ulu Öndər Heydər Əliyevin mükəmməl ideyaları ilə inkişaf etdirildiyini xüsusi qeyd etdilər. Azərbaycan gəncliyinə dövlətin göstərdiyi diqqət və qayğının nümunəyə çevirildiyini vurğuladılar.
Sonra, mütəxəssis, Səhiyyə üzrə ekspert Cəmilə Kərimova «Sağlam və təhlükəsiz qidalanmanın həyatımızda yeri və rolu» mövzusunda geniş məruzə etdı. Tədbirlərin məqsədi və vəzifələrini özündə əks etdirən video-çarx nümayiş olundu.
İnteraktiv şəkildə gerçəkləşən elmi-praktiki konfranslar iştirakçılar tərəfindən olduqca maraqla qarşılandı.
Daha sonra iştirakçı gənclərə sertifikatlar təqdim edilidi.
Sonda İştirakçılar və ekspertlər belə tədbirlərin hər bir sahə üzrə reallaşdırılmasının zəruriliyini bildirdi. Layihəyə görə təşəkkür edərək, bunun gənclərin maarifləndirilməsinə töhfə olduğunu söylənildi.
Elmi-praktiki konfranslara xatirə şəkilinin çəkilməsi ilə yekun vuruldu.

Fuad





 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info