İslam ölkələri jurnalistlərinin birliyi və həmrəyliyi indi həmişəkindən daha aktual və vacibdir
Tarix: 09.02.2017 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Səudiyyə Ərəbistanı Krallığında səfərdə olan Azərbaycanın bir qrup jurnalistindən ibarət nümayəndə heyəti “əl-Cəzirə” qəzetinin redaksiyasında nəşrin baş redaktoru Xalid əl-Malik və digər əməkdaşlar ilə görüşüb.
“Əl-Cəzirə”nin baş redaktoru qəzetin 50 ildə keçdiyi inkişaf yolu, Azərbaycana səfərləri barədə danışıb, ötən ilin oktyabrında Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransında iştirak etdiyini diqqətə çatdırıb. O, bu platformanın İslam ölkələri ilə bağlı doğru, dəqiq informasiyaların yayılması işinə daha geniş imkan yaradacağını vurğulayıb.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycanda senzuranın ləğvindən sonra medianın sürətli inkişafından, KİV-lərə dövlət dəstəyindən danışıb, ölkəmizdə mövcud olan multikulturalizm mühiti barədə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edib. Bu il ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bütün bu təşəbbüslər İslam dünyasında həmrəyliyin və əməkdaşlığın inkişafına xidmət edir.
Ermənistanın Azərbaycana hərbi təcavüzünün səbəb və nəticələrindən bəhs edən H.Babaoğlu vurğulayıb ki, İslam ölkələri jurnalistlərinin birliyi və həmrəyliyi indi həmişəkindən daha aktual və vacibdir. Çünki son illərdə dünyanın bir çox yerlərində, xüsusilə də İslam ölkələrinin bir çoxunda siyasi-iqtisadi təbəddülatlar, terror hücumları, hərbi toqquşmalar baş verir. Bütün bunlar təkcə münaqişə gedən ölkələr üçün deyil, həm də bütövlükdə region üçün ciddi təhlükə törətməkdədir. İslam ölkələrinin peşəkar jurnalistlərini, aparıcı xəbər agentliklərini, beynəlxalq və regional media təşkilatlarını bir araya toplayacaq İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması təşəbbüsü də Azərbaycana məxsusdur. Bu qurum qloballaşan dünyada İslam aləminin üzləşdiyi yeni təhdidlərə qarşı mübarizədə birlik və həmrəyliyə nail olmağın yollarını tapmağa imkan verən nüfuzlu platformaya çevriləcək.
Görüşdə medianın cəmiyyətin inkişafında, ölkələr arasında əlaqələrin genişləndirilməsində, sivilizasiyaların dialoqunda, İslam dünyasında həmrəyliyin gücləndirilməsində rolu ətrafında geniş müzakirələr aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib
22.01.2019
Snayperçilərimiz ən çətin atışları icra edib
22.01.2019
Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildi
22.01.2019
Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info