Gəncəndə drenaj sistemi qurulur, piyada keçidləri inşa olunur
Tarix: 09.02.2017 | Saat: 18:29:00 | E-mail | Çapa göndər

Gəncənin mərkəzi prospektlərində yağış sularının ötürülməsi məqsədilə drenaj sistemi qurulur. İlkin olaraq şəhərin Heydər Əliyev prospektində 800 metr, Nizami Gəncəvi prospektində isə 360 metr məsafədə inşaat işlərinə başlanılıb.
İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, drenaj sisteminin qurulmasında məqsəd son dövrlərdə sürətlə inkişaf edən şəhərin infrastrukturunu təkmilləşdirmək, eləcə də küçə və prospektlərdə intensiv yağış sularından mühafizə tədbirlərini gücləndirməkdir.
Hazırda Heydər Əliyev prospektinin şəhərin mərkəzindən keçən hissəsində asfalt qatı qazılaraq, boru xətlərinin yenilənməsi prosesi davam edir. Tikinti-quraşdırma işləri yekunlaşdıqdan sonra yağış suları drenajlardan süzülərək borular vasitəsilə Gəncə çayına töküləcək, prospektlərin asfalt qatı isə kiçik daş plitələrlə əvəzlənəcək.
Həmçinin layihəyə əsasən, prospektdə iki yeraltı piyada keçidi də istifadəyə veriləcək. Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində inşa olunan yeraltı keçid 3 çıxışlı olmaqla Gəncə Dövlət Universitetinin əsas binasını Şah Abbas Məscidi və tikilməkdə olan “Gəncə Mall” ticarət mərkəzi ilə birləşdirəcək.
Heydər Əliyev prospekti ilə Cavad xan küçəsinin kəsişməsində tikilən ikinci keçidin isə Gəncə Dövlət Filarmoniyasına və “Majestic Palaz” oteli istiqamətinə çıxışı olacaq.
Ümumilikdə, hər iki keçidin istismara verilməsi şəhərin mərkəzi prospektində nəqliyyatın intensivliyini, sakinlərin isə təhlükəsizliyini təmin edəcək. İnşaat işlərinin cari ilin birinci rübündə yekunlaşması nəzərdə tutulub.
Mahmud

Bölməyə aid digər xəbərlər
19.09.2018
“Azeri Light”ın bir barreli 80,66 dollara satılır
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”

Şərh əlavə olunmayıb

    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar

© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info