“Azərbaycan beynəlxalq arenada idman ölkəsi imicini qazanıb”
Tarix: 09.02.2017 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Kikboksinq çempionatının yüksək səviyyədə təşkili federasiyasının yarışlara ciddi hazırlaşdığını göstərirdi. Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Kamal Axundov XXIII Azərbaycan çempionatı ilə bağlı fikirlərini şərh edərkən bildirib. “Yarışlarda gənc potensiallı idmançılarımız öz güclərini sınadılar. Bir-birindən maraqlı və rəqabətli döyüşlər baş tutdu. Ölkədə kikboksinq idmanına hədsiz dərəcədə böyük maraq var. Bu gün kikboksinq idman növünün ölkə ictimaiyyətində bu cür səviyyədə sevilməsi və dəstəklənməsi uzun illər ərzində görülən uğurlu işlərin nəticəsi hesab etmək olar. Vaxtında düzgün aparılan işlər bu gün öz müsbət bəhrəsini verir. Çempionatda kütləviliyin mövcudluğu da bunu açıq-aydın göstərirdi. Qarşıdakı aylarda daha beynəlxalq yarışların keçirilməsi gözlənilir. Çempionatda Azərbaycan Kikboksinq Federasiyasının prezidenti,millət vəkili Adil Əliyev də çıxışında qarşıdakı hədəflərlə bağlı danışması,federasiyasının uzunmüddətli fəaliyyətindən xəbər verirdi”. K.Axundov Azərbaycanda idmanın bütün sahələrinin inkişaf etdirilməsi gənclərimizin idmana sürətli axınını təmin etdiyini söylədi. “Bu gün dövlət səviyyəsində idmanın inkişafı və kütləviləşdirilməsi üçün uğurlu işlər həyata keçirilir. Ölkə rəhbəri cənab İlham Əliyev də çıxışlarında Azərbaycanda idmanın inkişaf etdirilməsini xüsusi olaraq qeyd edir. Hər il beynəlxalq yarışlarda idmançılarımız nailiyyətlərlə vətənə dönürlər. Azərbaycan beynəlxalq arenada idman ölkəsi imicini qazanıb. Bunun özü də Azərbaycanın beynəlxalq arenada tanınması istiqamətində böyük işdir və uğurlarımızın çoxluğu hər kəsi sevindirir. Xalqımız arasında həmrəyliyi gücləndirir”,-deyə K.Axundov vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub
17.02.2019
Rafael Ağayev Dubay Premyer Liqa turnirində bürünc medal qazanıb
16.02.2019
Azərbaycanlı atlet Balkan oyunlarında ikinci olub
16.02.2019
Azərbaycan Premyer Liqası: “Zirə” - “Neftçi” oyununda hesab açılmayıb
15.02.2019
Boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info