Bu il Sumqayıtla Lüdviqshafen şəhərləri arasında tərəfdaşlıq münasibətlərinin 40 ili tamam olur
Tarix: 09.02.2017 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


Sumqayıt hələ sovetlər dövründən bir neçə ölkənin şəhərləri ilə qardaşlaşıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu şəhərlərin sayı artmaqla yanaşı, dostluq əlaqələri də genişlənib.
Belə əlaqələrdən biri 1977-ci ildə Almaniyanın Lüdviqshafen şəhəri ilə qurulub. Şəhər sakinləri arasında alman parkı kimi tanınan Lüdviqshafen istirahət parkı da bu əlaqələrin 20 illiyi münasibətilə 1997-ci ildə salınıb. Lüdviqshafendə isə küçələrdən birinə Sumqayıt adı verilib.
Bu il Sumqayıtla Lüdviqshafenin tərəfdaşlıq münasibətlərinin 40 ili tamam olur. Bununla bağlı may ayında bir sıra tədbirlərin həyata keçiriləcəyi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Almaniyanın ölkəmizdəki səfiri Sumqayıtda səfərdə olub, icra hakimiyyətində tədbirlər planını müzakirə edib, Lüdviqshafen istirahət parkına baş çəkib.
İki şəhər arasında tərəfdaşlıq münasibətləri məktəblərin şagird və müəllim mübadiləsi ilə başlayıb. 2002-ci ilin may ayında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Sumqayıt və Lüdviqshafen şəhərləri arasında müqavilə imzalanıb və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin iştirakı ilə bir neçə layihə həyata keçirilib.
Sumqayıt yalnız Lüdviqshafenlə deyil, dünyanın 11 ölkəsinin 13 şəhəri ilə dostluq əlaqələri qurub. Bunların sırasında Gürcüstanın Rustavi, Ukraynanın Çerkassı, Çinin Cu Jou, Rumıniyanın Piteşti, Avstriyanın Lints və digər şəhərlər var.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib
19.03.2019
Ağcabədidə şəhid ailələrinə bayram sovqatı paylanılıb
19.03.2019
Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu
19.03.2019
Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
19.03.2019
Bu gün ilaxır – Torpaq çərşənbəsidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info