Gəncə REŞ təmir-bərpa işləri zamanı yeni texnologiyaların tətbiqinə üstünlük verir
Tarix: 09.02.2017 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


Gəncə Regional Elektrik Şəbəkəsinin (REŞ) xidməti ərazisində istismar səviyyəsinin daha da yaxşılaşdırılması, dayanıqlığın artırılması istiqamətində görülən işlər ötən ilin son beş ayında da davam etdirilib. O cümlədən, 500 kV-lik Samux yarımstansiyasında 330 kV-lik 3-cü Samux və 4-cü Mingəçevir hava xəttinin şin ayrıcıları, 1-ci Alüminiumzavod və 2-ci Samux hava xəttinin şin ayrıcıları təmir olunub. Bu haqda “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən məlumat verilib.
Bu dövrdə 330 kV-lik Gəncə yarımstansiyasında 330 kV-lik 4-cü Ağstafa, 1-ci Goranboy, 2-ci Samux, 110 kV-lik 1-ci və 2-ci Yenikənd, 1-ci və 2-ci Şəmkir, 2-ci Mərkəz, 1-ci və 2-ci Veyisli hava xəttlərinin eleqaz açarları və cərəyan transformatorları təmir olunub. Eyni zamanda, 110 kV-lik 1-ci və 2-ci sistem şininin gərginlik transformatoru və boşaldıcılar təmir olunub. Hazırda 10 kV qapalı paylayıcı qurğunun tikintisi davam etdirilir.
Elektrik Enerjisinin Ötürülməsi İdarəsinə istinadən qeyd edək ki, bu dövr ərzində 330 kV-lik Aliminiumzavod, Gəncə-1, Ağstafa və digər bir neçə yarımstansiyalarda da müxtəlif təyinatlı təmir işləri həyata keçirilərək onların dayanıqlığı daha da yüksəldlib.
Bütün bunlarla yanaşı bu dövrdə Gəncə REŞ-in 110 kV-lik və ondan yuxarı gərginlikli hava elektrik verilişi xətlərində də yenidənqurma və təmir işləri aparılıb. Ümumilikdə, müxtəlif gərginlikli elektrik verilişi xətlərində naqillər dəyişdirilmiş və izolyatorlar isə yenisi ilə əvəzlənib.
Görülmüş işlər enerji sistemin dayanıqlığının daha da möhkəmləndirilməsi, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması ilə yanaşı, respublikamızın qərb bölgəsində enerjitəchizatı müəssisəsinə daha da keyfiyyətli elektrik enerjisinin ötürülməsinə imkan yaradıb.
Qeyd edək ki, Gəncə REŞ təmir-bərpa işləri zamanı yeni texnologiyaların tətbiqinə üstünlük verir.


Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info