“SABAH” Karyera Akademiyasının təqdimatı olub
Tarix: 10.02.2017 | Saat: 00:09:00 | E-mail | Çapa göndər



Təhsil Nazirliyində “SABAH” Karyera Akademiyasının təqdimat mərasimi keçirilib. Əvvəlcə “SABAH” qrupları barədə videoçarx göstərilib. “SABAH” qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə akademiyanın peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla dörd istiqaməti əhatə etdiyini bildirib. Qeyd edilib ki, “SABAH” Karyera Akademiyası ilk “SABAH” qrupu məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb. “SABAH” qrupları tələbələrinin müxtəlif sahələrdə təcrübə topladığını diqqətə çatdıran Ş.Seyidzadə ötən tədris ilindən başlayaraq “SABAH” qruplarının 600-dək tələbəsinin 38 dövlət və özəl strukturda təcrübə keçdiyini söyləyib. Diqqətə çatdırılıb ki, “SABAH” Karyera Akademiyası proqramı çərçivəsində fevralın 17-dən 20-dək Qubada “SABAH” Karyera Qış Məktəbi layihəsi təqdim olunacaq. Layihə sonuncu kursda təhsil alan “SABAH” qrupları tələbələrinə uğurlu karyera üçün lazım olan bacarıqları aşılamaq məqsədi daşıyır. Yüzədək tələbənin iştirak edəcəyi qış məktəbində karyera planlaşdırılması, müsahibə, təqdimat bacarıqları və digər mövzular üzrə təlimlər keçiriləcək. Təhsil nazirinin müavini Firudin Qurbanov gənc məzunların uğurlu karyera qurmaları üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanlarından danışıb. Tədbirin sonunda tərəfdaş şirkətlərə və “SABAH” qruplarının tələbələrinə sertifikatlar təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info