Hollandiya və Fransada seçkilər: Avropa Birliyini nə gözləyir?
Tarix: 10.02.2017 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Kiel İnstitutunun rəhbəri Denis Snover: “Əsas məsələ kapitalın axını ilə bağlıdır. Le Pen qələbə çalacağı təqdirdə də Fransa Avropa Birliyində qalsa belə, vəziyyət pisliyə doğru dəyişə bilər”

Almaniyanın siyasi, biznes və elmi dairələrində Avropa Birliyi və ümumiyyətlə, Avropanın əsas qurumlarının taleyi ilə bağlı ciddi narahatlıqlar var. Daha çox qorxu bu ilin martında Hollandiyada gözlənilən parlament seçkiləri, Fransada keçiriləcək prezident seçkiləri ilə bağlıdır. Hər iki ölkədə Avropa Birliyinin əleyhinə olan qüvvələr favoritlər sırasındadır. Avropa Birliyində böhranın dərinləşməsi artıq birinci il deyil ki, nəzərə çarpmaqdadır. Ölkələrin artan borcları, miqrasiya, tənəzzül, işsizlik kimi problemlər Avropada sarsıntılara yol açıb. Təbii ki, burada Rusiya ilə qarşılıqlı sanksiyalar da öz təsirini göstərməkdədir. Bəlkə də elə buna görə ABŞ prezidenti Donald Tramp Londonun “Times” nəşrinə verdiyi açıqlamada qeyd etmişdi ki, Britaniyanın ardınca, başqa Avropa ölkələrinin də birlikdən çıxması reallıq ola bilər. Bu fikirləri başqa nüfuzlu ekspertlər də bölüşür. Bir müddət əbbəl Nobel mükafatı laureatı, amerikalı iqtisadçı Cozef Stiglitz də İtaliyanı nümunə göstərərək Avropa Birliyinin dağılacağı barədə açıqlamalar vermişdi. Avropa Birliyi tərəfdarlarını daha çox qorxudan Hollandiyada gözlənilən parlament seçkilərində kəskin çıxışları ilə tanınan Qert Vildersin qələbə qazanmaq şansının çox olmasıdır. O, Avropa Birliyi ilə yanaşı, avro bölgəsindən çıxmaqla bağlı çıxışlar edir. Oxşar proqramla Fransadakı “Milli Cəbhə” lideri, eyni zamanda ölkə prezidentliyinə namizəd Marin Le Pen çıxış edir: “Prezident seçiləcəyim təqdirdə, altı aydan sonra Fransanın Avropa Birliyindən çıxması ilə bağlı referendum keçirəcəyəm”. Lakin Avropa Birliyini gələcəyi barədə nikbin fikirlər bildiriənlər də var. Kiel İnstitutunun rəhbəri Denis Snover hesab edir ki, əsas məsələ kapitalın axını ilə bağlıdır. Onun fikrincə, Le Penin qələbə çalacağı təqdirdə də, Fransa Avropa Birliyində qalsa belə, vəziyyət pisliyə doğru dəyişə bilər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
20.01.2019
Terrorçular Malidə BMT-nin düşərgəsinə hücum edərək 8 sülhməramlını öldürüblər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info