“Rusiya ilə münasibətlərin yaxşılaşacağına şübhəm var”
Tarix: 10.02.2017 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Pol Rayan ölkəsi ilə Rusiya arasındakı fərqə diqqət çəkib və prezident Donald Trampın Rusiya ilə münasibətləri yaxşılaşdırmağa nail olacağına şübhə etdiyini bildirib.
Rayan PBS televiziyasına müsahibəsində deyib ki, Amerika Birləşmiş Ştatları ilə Putin Rusiyası arasında çox böyük fərq var. O, prezident Donald Trampın Rusiyaya yanaşmasının sabiq prezidentlər Corc Buş (kiçik) və Barak Obamanın yanaşmasına oxşadığını söyləyib. P. Rayan B. Obamanın dövründə dövlət katibi Hillari Klintonun Rusiya ilə münasibətlərdə “reset” (yenidən yükləmə) siyasəti həyata keçirməyə cəhd göstərdiyini xatırladıb: “Mənə elə gəlir ki, bu gün prezidentin cəhdləri bundan əvvəlki iki prezidentin Rusiya ilə bağlı siyasətindən fərqlənmir. Mən düşünmürəm ki, hansısa nəticə əldə olunacaq. Prezidentlərin niyə belə hərəkət etdiyi məntiqlidir. Bəzi hallar var ki, Rusiya ilə maraqlarımız üst-üstə düşür, bəzi hallarda isə yox”. Trampın Putini müdafiə etməsi və iki ölkəni eyniləşdirməsi barədə suala cavab verən spiker qeyd edib ki, ABŞ və Rusiya arasında mənəvi ekvivalentlik yoxdur: “Mən belə yanaşma ilə razı deyiləm”.




 
Bölməyə aid digər xəbərlər
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin
09.11.2018
Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info