Berlin polislərə hücumlara görə cəzanı sərtləşdirib
Tarix: 10.02.2017 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Almaniya hökuməti hüquq-mühafizə orqanlarının əməkdaşlarına və digər hakimiyyət nümayəndələrinə, eləcə də Bundesverin hərbi qulluqçularına qarşı zor tətbiq edilməsinə görə cəzanın sərtləşdirilməsi barədə qanun layihəsi qəbul edib. İndi həmin şəxslər hər hansı xidməti vəzifələrini yerinə yetirərkən onlara hücum edənləri 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. İndiyə qədər bu cür cəza tədbiri yalnız polis tərəfindən müvafiq əmr və ya sərəncamları icra edilməsinə, məsələn asayişi pozanların saxlanmasına mane olan şəxslərə şamil edilirdi. Bundan əlavə, hökumət, məsələn, terror aktı hazırlamaqda təqsirkar hesab edilənlərə nəzarət etmək üçün artıq cəzasını çəkmiş canilərə qarşı “elektron qandallar” tətbiq edilməsi dairəsini genişləndirməyə hazırlaşır.
Polis həmkarlar ittifaqı (GdP) hökumətin bu təşəbbüsünü müsbət qarşılayaraq qeyd edib ki, hüquq-mühafizə orqanlarında işçilərin çatışmaması hiss olunur. Bəzi hallarda polis daha çox əməkdaş cəlb etməklə münaqişələrin genişlənməsinin qarşısını almağa şərait yarada bilərdi.
2015-ci ildə Almaniyada polislərə 64.400 dəfə hücum edilməsi qeydə alınıb, halbuki iki il əvvəl belə hücumların sayı bundan 5 min az olub.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info