“Rusiya Liviyanın bərpa olunması prosesində həlledici rol oynaya bilər”
Tarix: 10.02.2017 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


“The Times”: “Rusiyanın Liviyada möhkəmlənməsi kifayət qədər risklidir. Məsələ ondadır ki, Rusiyanın Şimali Afrikada möhkəmlənməsi Avropanın çox qorxduğu miqrant məsələsinin Kremlin nəzarətinə keçməsi deməkdir”

İtaliyanın “La Stampa” nəşri yazır ki, Rusiya Liviyanın bərpa olunması prosesində həlledici rol oynaya bilər. Moskvanın son zamanlar Aralıq dənizi regionunda kifayət qədər fəallaşdığını qeyd edən nəşr hesab edir ki, Liviya məsələsini də bu kontekstə dəyərləndirmək lazımdır: “Liviya Rusiyanın Aralıq dənizi regionundakı ambisiyalarını ifadə edən həlledici məntəqədir. Putin Qəzzafinin devirlməsindən sonra Liviyada itən Rusiya təsirini yenidən bərpa etmək istəyir. Bu məsələdə Donald Trampın rolunu da qiymətləndirmək lazımdır”. Yeni administrasiya Moskvaya Liviyada möhkəmlənmək imkanı verə bilər”. Nəşr bir məqama diqqət çəkir ki, Liviya ilə bağlı məsələ Rusiya xarici işlər naziri Lavrovun italiyalı həmkarı Ancelino Alfano və Avropa İttifaqının komissarı Moqerin arasında keçirilən görüşdə əsas müzakirə mövzusu olub. Bu məsələ “The Times” nəşrinin də diqqətini çəkib. Nəşr yazır ki, Rusiya Liviyada həlledici rol oynamağa çalışır ki, bu da kifayət qədər risklidir. Məsələ ondadır ki, Rusiyanın Şimali Afrikada möhkəmlənməsi Avropanın çox qorxduğu miqrant məsələsinin Kremlin nəzarətinə keçməsi deməkdir. Avropa İttifaqının komissarı Moqerini iki yerə bölünmüş Liviyada marşal Haftarla Sarac arasında danışıqlar aparmağa hazırdırlar. İtaliya isə Liviyanın şərqində daha bir nümayəndəlik açmağı düşünür. “La Stampa” nəşri yazır ki, Rusiya Liviyadakı qüvvələr arasında silahlı qüvvələrin komandanı olan marşal Haftarı dəstəkləyir. Haftarın başçılıq etdiyi silahlı qüvvələr Tripoliyə tabe olmur. Onun nəzarət etdiyi ərazilərdə neft yataqları yer alır. Moskva Haftarın başçılıq etdiyi qüvvələri silahla da təmin edir. Haftarın başçılıq etdiyi ordu hissələrindən olan 70-dən çox yaralı əsgər müalicə olunmaq üçün Rusiyaya göndərilib. Razılığa əsasən 500-ə qədər əsgərin müalicə üçün Rusiyaya göndərilməsi nəzərdə tutulub. “Röyters” xəbər verir ki, yaralı əsgərlər təyyarə ilə Benqazidən Misirə, oradan isə Rusiyaya aparılır. Marşal Hatarın əleyhdarları hesab edir ki, onun Rusiya ilə sıx əməkdaşlığı Tripolidə yerləşən və BMT-nin təşəbbüsü ilə formalaşan milli razılıq hökumətinin işinə mənfi təsir edə bilər. Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, Haftar Liviyada siyasi proseslərə ciddi təsir etmək iqtidarında olan nüfuzlu şəxsədir və “İŞİD” lə ciddi şəkildə mübarizə aparır. “İnterfaks” yazır ki, Moskva həm Tripoli ilə, həm də opponentlərin yerləşdiyi Tobrukla danışıqlar aparır. Ötən il Rusiyaya səfər edən Haftar xarici işlər naziri Lavrov, müdafiə naziri Şoyqu və Təhlükəsizlik Şurasının katibi Patruşevlə görüş keçirib. Lavrov həmin görüşdə marşal Haftarı Liviyanın ərazi bütövlüyünün qorunmasındakı rolunu yüksək qiymətləndirmişdi.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info