“Torpağı analiz etmək fermerlərə öz əraziləri haqda daha çox informasiya verir”
Tarix: 10.02.2017 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Surxay Novruzov: “Əsas məqsəd rəqabətədavamlı məhsul istehsalı üçün müasir təcrübəni ölkə daxilində tətbiq etməkdir”

Xaricdə təhsil alan gənclərin öyrəndiklərini ölkəmizdə tətbiq etmələri Azərbaycanın təhsil siyasətinin əsas hədəflərindəndir. Artıq bu istiqamətdə praktiki addımlar atılmaqdadır. Yəni xaricdə təhsillərini bitirən gənclər ölkəmizə qayıdaraq öz sahələri üzrə yeni startup layihələri həyata keçirirlər. Bu baxımdan bir qrup xaricdə təhsil alan gəncin yaratdığı Azərbaycanda ilk kənd təsərrüfatı və aqrar biznesin inkişafı üzrə konsaltinq və mühəndislik şirkəti olan “NPC Agro”nu nümunə göstərmək olar. “NPC Agro”nun rəhbəri Surxay Novruzov qəzetimizə müsahibəsində strateji hədəflərindən danışıb.
-Öncə özünüz haqda məlumat vermənizi istərdik.
-Mən,Surxay Novruzov 1991-ci ildə anadan olmuşam. 2008-ci ildə Nəsimi rayon 54 saylı orta məktəbdən məzun olduqdan sonra BDU-da Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə ixtisası üzrə bakalavr təhsili almışam.
2012-2014-cü illər ərzində “IDEA - Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq İctimai Birliyi”ndə layihələr üzrə koordinator vəzifəsində çalışmışam, eyni zamanda akademik fəaliyyətimin bir hissəsi olaraq “National Geographic Azerbaijan” jurnalına ətraf mühitin mühafizəsi mövzusunda çoxsaylı məqalələr yazmışam. 2012-2016-cı illər ərzində Belçikada Flaman Hökumətinin Ekologiya, Ətraf mühit və Enerji departamentində, WWF təşkilatında və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasında təcrübə keçmiş və araşdırma proqramlarında iştirak etmişəm.
Azərbaycan gənclərinin xaricdə təhsil proqramı çərçivəsində 2014-2016-cı illərdə Macarıstanda yerləşən Debrecen Universitetində və Niderland Krallığında Vağeningen Universitetində Ətraf mühit və kənd təsərrüfatının idarə olunması üzrə magistr təhsili almışam.
-Xaricdə təhsil alarkən öyrəndiklərinizi hazırda ölkəmizdə necə tətbiq edirsiz?
-Ölkəmizdə son illərdə həyata keçirilən islahatlar proqramının əsas hissəsini kənd təsərrüfatı təşkil edir. Yeni yol xəritəsində bu sahəyə yanaşma tamamilə müasir və innovativ əsaslarla göstərilib. Bu prosesdə ölkə fermerlərinə və dövlətimizə ən yaxşı köməyimiz bu sahədə əldə etdiyimiz ən yeni bilik və təcrübələri bölüşmək olardı ki, bunun üçün də kənd təsərrüfatı üzrə müasir həllər təklif edən “NPC Agro” konsaltinq və mühəndislik şirkəti qurmağa qərar verdik.
Əsas məqsəd iqtisadiyyatının post-neft dövrünü yaşayan Azərbaycanda fəaliyyət göstərən iri, orta və kiçik sahibkarların bizneslərinin genişləndirilməsi, ölkənin ixrac potensialının artırılmasına töhfə verəcək rəqabətədavamlı məhsul istehsalı üçün müasir təcrübəni ölkə daxilində tətbiq etməkdir.
-Sizin “NPC Agro” layihənizin özəlliyi nədir?
-Azərbaycanda ilk kənd təsərrüfatı və aqrar biznesin inkişafı üzrə konsaltinq və mühəndislik şirkəti olan “NPC Agro” dünyanın 4 ölkəsində 10-dan çox böyük konsaltinq şirkətləri, həmçinin bu sahədə fəaliyyət göstərən ən yaxşı kənd təsərrüfatı və ətraf mühit universitetləri ilə əməkdaşlıq etməkdədir. Biz öz xidmətlərimizi dünya standartlarına uyğunlaşdırmaqla həmin xidmətləri öz fermerlərimizə daha yaxın və ölkəmizin bu sahədə potensialın dünya şirkətləri üçün informasiya baxımından əlçatan edirik. Bundan başqa, biz İKT-ni bu sahəyə inteqrasiya etdirməklə virtual olaraq fermerlərə daha yaxın olmaq istəyirik. Bu sahədə Almaniyada bitkiçilik üzrə data bazalarında istifadə edib fermerlərin üzləşdiyi problemlərlə bağlı ofisdən çıxmadan öz məsləhətlərimizi verə bilirik.
Həmçinin yerli və xarici mütəxəssislərdən ibarət komandamız bitkiçilik və heyvandarlıqda, o cümlədən kənd təsərrüfatının başqa müxtəlif sahələrində layihələrin hazırlanması, tətbiqi və nəzarəti kimi bütün mərhələləri özündə birləşdirən məhsullar təklif edir ki, bu, daha əvvəl ölkədə yerli şirkətlər tərəfindən təklif olmayan yeni bir xidmət mexanizmidir.
-Bol məhsul almaq üçün torpaqları necə analiz etmək olar?
-Torpaq analizi bizim xidmətlərdən, sadəcə, biridir, əkin dövrü yaxınlaşdığı üçün biz fermerlərə məsləhət görürük ki, məhz bu aylarda torpaq analizini həyata keçirsinlər.
Xidmət torpaq nümunəsinin götürülməsi, laboratoriya şəraitində analizin edilməsi, nəticəyə uyğun fərdi məsləhət hesabatının hazırlanması kimi mərhələlər üzrə təşkil olunur. Biz, əsasən, kimyəvi və bəzi fiziki analizlər edirik. Bizim laboratoriyaların dəqiqlik göstəricisi 91-93% ətrafında dəyişir ki, bu da yüksək rəqəm sayılır.
-Azərbaycanda bu təcrübə varmı?
-Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyinin və müxtəlif dövlət və özəl təşkilatların tabeçiliyində belə laboratoriyalar mövcuddur.
- Kənd təsərrüfatının stimullaşdırılmasında torpaqları analiz etməyin nə kimi rolu var?
-Daha keyfiyyətli və bol məhsul almaq, həmçinin gübrə istifadəsini daha effektiv təşkil etmək, torpağı qida maddələri baxımından zənginləşdirmək üçün əkinə başlamamışdan əvvəl torpaq analizi etmək lazımdır ki, bu da gələcəkdə yüksək məhsuldarlıq əldə etmək üçün ən vacib faktorlardan biridir. Analizin düzgün şəkildə həyata keçirilməsi gübrələməni doğru və elmi əsaslarla təşkil etməyə imkan yaradır və əkilən bitkilərin xəstəliklərə qarşı daha güclü və məhsuldar olmasına səbəb olur. Sadalanan bütün məsələlər fermerlərin əsas əziyyət çəkdiyi sahələrdir. Məhz bu səbəbdən, düşünürəm ki, torpaq analizi etmək fermerlərə öz əraziləri haqda daha çox informasiya verir ki, bu da onlara ərazilərini düzgün idarə etmələri üçün imkanlar yaradır.
- Sahibkarlar bu layihədən yararlanmaqla nə əldə edə bilərlər?
-Biz, sadəcə, analizin cavabını onlara verməklə kifayətlənmirik. Paralel olaraq biz ərazinin aqrokimyəvi xüsusiyyətlərini bildiyimiz üçün həm də yazılı olaraq hesabat və əkin planı təqdim eidirik ki, bu da onlara eyni xidmət çərçivəsində təklif olunur. Odur ki, məncə, bu xidməti, sadəcə, torpaq analizi adlandırmaq yox, ümumi torpaq idarəçiliyi üzrə geniş bir təsəvvür əldə etmək imkanı kimi dəyərləndirmək olar.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrə ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info