Azərbaycanın İtaliyadakı Dostları Assosiyasiyasının rəhbərliyi Sülh Platformasına qoşulub
Tarix: 10.02.2017 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


Azərbaycanın Orta Cənub İtaliyadakı Dostları Assosiyasiyası”nın prezidenti Domenico Letizia, vitse-prezidenti Fabrizio Colamonici və təşkilatın katibi Giuseppe Ferraro Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulublar. Ermənistan-Azərbaycan Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla əlaqədar olaraq onlar bəyanat yayıblar: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacib olduğunu, həmçinin hər iki dövlətin ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət bəslədiyimizi bildiririk. “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, ATƏT Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq bu fəaliyyəti dəstəkləyirik. Təəssüflə qeyd edirik ki, Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək, üzv olduğumuz təşkilat adından biz, əsas məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumuzu bəyan edirik”.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”
20.11.2018
İki Assosiasiya arasında əməkdaşlığın qurulması üçün ilkin addımlar atılıb
20.11.2018
Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info