Çay istehsalında yenilik: orqanik istehsalla ixracı xeyli artırmaq mümkündür
Tarix: 10.02.2017 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


“Biz özümüzü keyfiyyətli çayla təmin etməli və xaricə də Azərbaycanda yetişdirilən çay ixrac etməliyik”

Azərbaycanda çayçılığın şöhrətini geri qaytarmaq bu gün kənd təsərrüfatının inkişafında qarşıda duran məsələlərdəndir. Çayçılığın təşkilinin, çay istehsalının, habelə çay məhsullarının keyfiyyətinin təmin edilməsi və digər məsələlərin tənzimlənməsi məqsədilə 2002-ci il dekabrın 17-də “Çayçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiqlənib. Çayçılığın stimullaşdırılması ilə bağlı tədbirlər çay əkini sahələrinin artırılmasına, əhalinin quru çaya olan tələbatının böyük bir hissəsinin yerli istehsal hesabına ödənilməsinə, yüksəkkeyfiyyətli çayın ixracına, yeni iş yerlərinin açılmasına imkan yaradan sosial-iqtisadi məsələ kimi mühüm əhəmiyyətə malikdir. Bu sahənin inkişaf etdirilməsi üçün “Azərbaycan Respublikasında 2017-2026-cı illərdə çayçılığın inkişafına dair Dövlət Proqramı”nın layihəsi işlənib hazırlanır. Proqramın həyata keçirilməsi nəticəsində çayçılığın inkişaf etdirilməsi ilə bağlı görülən işlər sürətlənəcək, çay plantasiyalarının əkin sahəsi 13 min hektar artırılaraq 17 min hektara çatdırılacaq. Bu dövlət proqramının həyata keçirilməsi ölkədə çayçılığın ənənələrinin qorunaraq inkişaf etdirilməsinə, regionların aqrar sənaye potensialının artırılmasına, rəqabətin qorunmasına, daxili tələbatın ödənilməsinə, idxaldan asılılığın azaldılmasına, çay emalı məhsullarının ixracının və çayçılıqla bağlı digər sahələrin inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin ümumi iqtisadi potensialını gücləndirəcək.

Özümüzü 45 faiz təmin edirik, onun içində də 50 faiz xarici komponent var

Qeyd edək ki, ötən il kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri 5,6 milyard manat təşkil etməklə, əvvəlki illə müqayisədə 2,6 faiz artıma nail olunub. Belə ki, yaşıl çay yarpağı üzrə artım 75 faiz təşkil edib. Ölkədə çayçılığın inkişafına dövlət dəstəyi tədbirlərinin müsbət nəticəsi kimi yaşıl çay yarpağının istehsalı əvvəlki illə müqayisədə 75 faiz artmaqla 1020 ton təşkil edib.

Çay plantasiyalarının əkin sahəsi 13 min hektar artırılaraq 17 min hektara çatdırılacaq

Sahibkarlar tərəfindən yeni çay plantasiyalarının salınması işi davam etdirilir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident çayçılığın inkişafı ilə bağlı bildirib ki, özümüzü 45 faiz təmin edirik, onun içində də 50 faiz xarici komponent var: “Çayçılığı inkişaf etdirməliyik. Biz çay plantasiyalarımızı genişləndiririk və eyni zamanda, ən müasir texnologiyalar Azərbaycana gəlməlidir. Burada məhsuldarlıq daha da böyükdür. Bu, həm məşğulluqdur, həm də ki, idxaldan asılılığın azalmasıdır”.

Türkiyə dünyada ilk dəfə orqanik çay istehsalına başlayır

Qeyd edək ki, bu gün dünya çay sektoru 12,5 milyard dollar istehlak gəliri və 3.5 milyard dollar ixrac gəliri olan nəhəng bir sektordur. 2014-cü ildə dünya çay bazarı 18 milyard dollar təşkil edib. Dünya çay istehlakının 97 faizi qara, 3 faizi yaşıl çaydan ibarətdir. Dünyada 30-dan çox ölkədə çay becərilir. Bu gün ölkələr sektorda marka olmanın və hər il 6 faiz ətrafında böyüyən bazardan pay ala bilmək üçün mübarizə edirlər. Qonşu Türkiyə çay təsərrüfatı sahələrinin genişliyi baxımından dünyada 6-cı, quru çay istehsalı cəhətdən 5-ci sırada, illik adambaşına istehlak baxımından isə 4-cü sırada yer alır. Beləliklə, Türkiyənin çay ixrac etdiyi ölkələrin sayı 85-ə çatıb. Bu günlərdə isə Türkiyə çayçılıqla bağlı yeni bir layihəyə imza atmaq niyyətindədir. Rize Ticarət Birjasının (RTB) sədri Mehmet Ərdoğan, Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin, “Milli Kənd Təsərrüfatı” layihəsi çərçivəsində orqanik çay əkinçiliyi ilə dünyada yeganə istehsalçı olacaqlarını bildirib. M. Ərdoğan, türk çayının Şərqi Qara dəniz bölgəsi və ölkə üçün strateji və milli məhsul olduğunu, bölgənin əkinçilik hövzəsi elan edilməsi və dərhal sonra orqanik əkinçiliyə keçidin türk çayının milli və beynəlxalq sahədə rəqabət gücünü artıracağını söyləyib. O deyib ki, bölgənin orqanik çay əkinçiliyə keçməsi xalqın sağlamlığının və istehlakçının qorunması baxımından çox əhəmiyyətlidir: “Bütün istehsalçılar və sənayeçilər narahat olmasın. Orqanik əkinçilik çay sektorunu əhəmiyyətli qazancla təmin edəcək". Ölkə baxımından orqanik əkinçiliyə keçidlə birlikdə ətraf mühitin qorunaraq yeni nəsillərə sağlam bir gələcək hazırlanacağına diqqət çəkən Ərdoğan bildirib ki, gələcək nəsillərə davamlı təmiz və istifadə edilə bilən əkinçilik sahələri buraxılacaq, kənddən şəhərə köçün qarşısı alınacaq, su qaynaqları və su hövzələri qorunaraq daha sağlam hala gətiriləcək, çay istehsalçısı gəlirini artıracaq və bölgənin iqtisadi səviyyəsi yüksələcək, dünyada seçim edilə bilən məhsullar istehsal edərək ixracat artırılacaq. Dünyada xəstəliklərin çoxalmasının orqanik istehsal trendini yüksəldiyinə diqqət çəkən Ərdoğan deyib ki, artıq ölkələr orqanik məhsul tələb edir: “Başda ABŞ, Yaponiya, Fransa, İngiltərə, İtaliya, Finlandiya, İsveçrə, Kanada və Rusiya olmaq üzrə bütün dünya ölkələri orqanik əkinçilik məhsullarında seçim edir. Türk çay sektorunda hər kəsin bildiyi kimi kimyəvi dərman istifadə edilmir, lakin kimyəvi gübrələmə tətbiq edilir. Əslində yarı orqanik olan türk çayı bununla tam orqanikliyə keçid edib. Çay sektoru bu inkişafla dünya çay istehsalçı ölkələri arasında tək ölkə mövqeyində olacaq. Ölkəmizə əhəmiyyətli iqtisadi gəlir qazandıracaq orqanik çay istehsalını bir istehsalçı, bir sənayeçi və bir istehlakçı olaraq dəstəkləyirik”.
Qeyd edək ki, dövlət başçımız çayçılığın inkişafı ilə bağlı onu da bildirib ki, biz özümüzü keyfiyyətli çayla təmin etməliyik və xaricə də Azərbaycanda yetişdirilən çay ixrac etməliyik. Çünki hazırda biz daha çox xaricdən gətirilən çayı burada paketləyib ixrac edirik. Prezidentin sözlərinə görə çalışmalıyıq ki, bizim emal müəssisələri yerli məhsul əsasında fəaliyyət göstərsin və bu, təkcə çayçılığa aid deyil. Biz çalışmalıyıq ki, Azərbaycanda məhsullar yerli xammal əsasında istehsal olunsun və ixrac edilsin. Beləliklə, ölkəmizdə hazırda özünün yeni inkişaf mərhələsini yaşayan çayın istehsalını nəinki artırmalıyıq, bu istiqamətdə yeni layihələrin tətbiqinə çalışmalıyıq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info