Cari ildə Tovuzda daha 100 hektar üzüm bağı salınacaq
Tarix: 10.02.2017 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Tovuz rayonunda üzümçülük inkişaf etdirilir. Bu sahəyə fermerlərin marağı da getdikcə artmaqdadır. Rayonda üzüm bağlarının sahəsi 664 hektara çatdırılıb. Cari ildə 100 hektara yaxın texniki və süfrə sortlarından ibarət üzüm bağının salınması nəzərdə tutulub. Hazırda bağlarda yaza hazırlıq işləri aparılır.
Belə ki, köhnə yararsız dirəklər yenilənir, təmir-bərpa işləri görülür, budanma aparılır. Sahələrdə şərabçılıq üçün texniki sortlarla yanaşı, süfrə üzüm sortları da yetişdirilir.
Üzümçülüklə məşğul olan fermer Kamil Hüseynov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Bol məhsul götürmək üçün üzüm bağlarına yaxşı qulluq etmək lazımdır. Tənəklərin dibini normal qaydada boşaltmaq, dərmanlamanı vaxtında aparmaq lazımdır”.
Fermerlər məhsullarını həm yayda məhsul vaxtı, həm də saxlayıb qış aylarında satışa çıxarmaqla da xeyli qazanc əldə edə bilirlər. Rayon ərazisində 10-a yaxın soyuducu anbar fəaliyyət göstərir. Sahibkarlar daxili bazarla yanaşı, xarici ölkələrə də məhsullarını satmaqda maraqlıdırlar. Fermerlərin sözlərinə görə, 1 hektar üzüm bağına təxminən 3 min manat xərc tələb olunur. Yaxşı qulluq göstərildikdə və məhsul bol olduqda 1 hektardan 15 min manatadək gəlir götürmək mümkündür.
Qeyd edək ki, fermerlər cari ildə yeni üzüm bağları salmaq üçün 150 mindən artıq ting tədarük ediblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Turistlər polisdən razılıq edirlər
22.02.2019
Kənd təsərrüfatının inkişafında yeni mərhələ: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
Xocalı soyqrımını törədənlər beynəlxalq məhkəmə qarşisinda cavab verməlidirlər
22.02.2019
“Təbiət Mənim Evim” layihəsi baş tutub
22.02.2019
Mingəçevirin innovativ layihələri müəyyənləşib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info