Naxçıvanda seminar təşkil edilib
Tarix: 10.02.2017 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 52 dövlət orqanının nümayəndəsinin iştirakı ilə “Dövlət orqanlarında kargüzarlığın aparılması qaydaları” və “Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin qeydə alınması qaydaları” mövzularında seminar təşkil olunub.
AZƏRTAC xəbər verir ki, seminarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli dövlət orqanlarında kargüzarlığın düzgün təşkil edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Lakin bir sıra hallarda sənədlərin hazırlanmasında nöqsanlar müşahidə olunur. Bugünkü seminarın məqsədi kargüzarlıq fəaliyyəti ilə bağlı müvafiq Təlimatın tələblərinin bu sahə üzrə məsul olan dövlət qulluqçularının diqqətinə çatdırılmasıdır.
İsmayıl Qəribli qeyd edib ki, “Vətəndaşların müraciətləri haqqında” Qanuna əsasən vətəndaşların yazılı və şifahi müraciətləri qeydə alınmalı və cavablandırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli Qərarı ilə “Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması Qaydası” təsdiq edilib. Keçirilən seminarın məqsədi, həmçinin bu sahədə qanunvericiliyin tətbiqinin təmin olunmasıdır.
Seminarda komissiyanın şöbə müdiri Mahir Abbasov dövlət orqanlarında kargüzarlığın aparılması işindən, o cümlədən sənədlərin hazırlanmasından, qeydiyyatından, hərəkətindən, icrasından, uçotundan və arxivə verilməsindən, sektor müdiri Türkan Gülməmmədli isə telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin qeydə alınması, dərhal və ya müraciət vərəqəsi hazırlamaqla qanunvericilikdə müəyyən edilmiş müddətdə cavablandırılması, eyni zamanda, 6 aylıq və illik arayışın hazırlanması və təqdim edilməsi qaydalarından danışıblar.
Slaydalarla müşayət olunan çıxışlardan sonra seminar iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info