PA rəsmisi: “Xocalı soyqırımını törədən Ermənistanın keçmiş və indiki prezidentləridir”
Tarix: 10.02.2017 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


“İndiyədək beynəlxalq aləmdə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilsə də, hələlik məsələyə lazımi hüquqi qiymət verilmədiyi üçün qarşımızda mühüm işlər dayanır. Azərbaycan prezidentinin Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı sərəncamı diqqətimizi bu məsələyə yönəldir”.
Bunu Milli Məclisdə beynəlxalq cinayətlər barədə yeni qanun layihəsinin təqdimatı zamanı Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib.
O qeyd edib ki, sərəncama əsasən müvafiq tədbirlər planı hazırlanıb həyata keçiriləcək: “Bu, bütün dövlət strukturlarının qarşısında duran əsas vəzifədir. Xocalı  soyqırımı ermənilərin 100 ildə Azərbaycana qarşı keçirdikləri vəhşiliklərin ən ağırıdır. Biz bunu bu şəkildə dünya ictimaiyyətinə çatdırmağa çalışırıq.  Beynəlxalq aləmdə də soyqırımı ən ağır cinayət əməli kimi qiymətləndirilir. Biz də bundan istifadə edərək ölkəmizə qarşı törədilən cinayət işinin günahkarları cəzalandırmağa çalışmalıyıq. Burada çox faktlar məlumdur. Onu törədən vaxtilə Ermənistan rəhbərliyində təmsil olunan şəxslər - keçmiş prezident Köçəryan, indiki rəhbər Sarkisyan və digər şəxslərdir. Onların çoxları da öz çıxışlarında günahlarını gizlətməyə çalışmırlar. Sarkisyan bu işdə yaxından iştirak etdiyini etiraf edərək əməllərinə bəraət qazandırmağa çalışıb”.
PA rəsmisi qeyd edib ki, bu gün qarşıda duran vəzifə siyasi informasiya mübarizəsi işini gücləndirmək, məsələyə beynəlxalq qiymətin verilməsinə nail olmaqdır: “Aparılan işlərin nəticəsində Xocalı qətliamını rəsmi şəkildə tanıyan ölkələrin sayı artır. Bu,  informasiya sahəsində aparılan işlərin nəticəsidir. ABŞ-da da bu sahədə geniş fəaliyyət aparılır. Artıq ABŞ-ın 20-dən artıq ştatı bunu qətliam kimi qəbul edib və bu fəaliyyət davam etdirilir. Bu gün xeyli uğurlar qazansaq da, təcrübə göstərir ki, qalib çıxmağımız, torpaqlarımızın azad olunması ona lazımı qiymətin verilməsi üçün kifayət deyil. Biz işimizi daha da intensivləşdirməli və məsələyə hüququn qiymətin verilməsinə dair işlərimizi davam etdirməliyik. Bu baxımdan “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsini yüksək qiymətləndirirəm. Bu sənəd hüququ baxımdan işlərin yekunlaşmasına öz töhfəsini verəcək ki, bunu törədənlərin cəzalandırılmasına nail olaq, ərazi bütövlüyümüzü pozanlara qarşı zəruri işlərimizi görə bilək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info