İlhan Aşkınla bağlı dünya azərbaycanlılarına müraciət olunub
Tarix: 10.02.2017 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi (DABKM) Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkının müdafiəsi ilə bağlı Azərbaycan dövlətinə və dünyada yaşayan soydaşlarımıza müraciət edib. Müraciətdə qeyd olunur ki, Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın erməni terrorunu pislədiyinə görə erməni diasporu tərəfindən məhkəməyə cəlb olunub. 2014-cü ildə Almelo şəhərində qondarma erməni soyqırımı abidəsinin tikintisinin qarşısını almaq məqsədilə türk təşkilatlarının keçirdiyi birgə etiraz aksiyasında çıxış edən Aşkın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirməsi barədə məlumat verib və erməni vəhşiliyini pisləyib. Erməni diasporu isə İlhan Aşkının guya həmin aksiyada irqçi ifadələr işlətdiyinə görə polisə şikayət edib. Şikayətlə bağlı Şərqi-Niderland polisi araşdırma aparıb və guya İlhan Aşkın ermənilərə qarşı şiddəti təşviq etdiyinə - “Qarabağ ermənilərin məzarı olacaq” ifadəsinə görə Hollandiya Cinayət Məcəlləsinin 137d maddəsinə əsasən şübhəli bilinir. Koordinasiya Mərkəzi bəyan edir ki, bu məsələ təkcə İlhan Aşkın məsələsi deyil, milli məsələ, Qarabağ uğrunda mücadilədir: “Əslində bizim üçün böyük bir fürsət yaranıb. Azərbaycanın hökumət və qeyri-hökumət təşkilatlarından, xüsusən də Avropada yaşayan soydaşlarımızdan İlhan Aşkının martın 3-də keçiriləcək məhkəmə prosesinə qədər ona hər cür yardım göstərmələrini xahiş edirik. Məhkəmə prosesinin keçirildiyi yerə yaxın şəhərlərdə yaşayan azərbaycanlılar birlik nümayiş etdirməlidirlər”. Müraciətdə qeyd olunur ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində son vaxtlar ölkəmizin əldə etdiyi uğurlar dünyada, xüsusən də Avropada yaşayan erməniləri həddindən artıq qıcıqlandırıb. Onlar ciddi cəhdlə hücuma keçib Azərbaycanın, Qarabağın adı ilə bağlı olan məsələlərdə üstünlüyü əla almağa çalışacaqlar: “Hazırda məhkəməsi gedən İlhan Aşkın məsələsi də bu qəbildəndir. Bu, çox vacib məsələdir. Əgər İlhan Aşkın bu məhkəməni uduzarsa bir daha Hollandiyada və dünyanın başqa ölkələrində erməni qəsbkarlığından bəhs etmək mümkün olmayacaq”. Xatırladaq ki, mərkəzi ofisi Kiyev şəhərində yerləşən Dünya Azərbaycanlılarının Beynəlxalq Koordinasiya Mərkəzi (DABKM) 2016-cı ildə yaradılıb, Ukrayna Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Mərkəzin sədri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadovdur. DABKM İsveç Diaspor Təşkilatı ilə dünyada azərbaycanlılarının koordinasiya təşəbbüslərinin dəstəklənməsinə dair Memorandum imzalayıb. "

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info