“ADA” Universitetinin təlimləri çərçivəsində diplomatların Brüsselə səfəri təşkil edilib
Tarix: 10.02.2017 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


“ADA” Universitetinin nəzdində fəaliyyət göstərən Avropa İttifaqı (Aİ) Məsələləri üzrə Bilik Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin bir qrup əməkdaşı Brüsseldə səfərdə olub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində gənc diplomatlar Avropa Parlamentində görüşlər keçirib, Aİ-nin xarici siyasətini həyata keçirən təsisatlarla tanış olub, bir sıra Avropa siyasətçiləri ilə Azərbaycan-Aİ münasibətləri barədə fikir mübadiləsi aparıblar. Avropa ölkələrinin xarici siyasətində Brüsselin rolu, lobbi fəaliyyəti, media ilə münasibətlər də səfər çərçivəsində diqqət mərkəzində olub.
Səfər zamanı diplomatlar Azərbaycanın Belçika Krallığındakı səfiri və Aİ yanında daimi nümayəndəliyinin başçısı Fuad İsgəndərovla görüşüb, ölkəmizin milli maraqlarının Brüsseldə beynəlxalq gündəmə çıxarılması, respublikamızın Aİ ilə gündəlik təmaslarının qurulması barədə məlumatlandırılıblar. Onlar, həmçinin Avropa Parlamentində Aİ-nin Gürcüstan ilə viza rejiminin liberallaşdırılması barədə keçirilən debatları müşahidə ediblər.
Səfər “ADA" Universitetinin XİN-in əməkdaşları üçün həyata keçirdiyi ixtisasartırma təliminin bir hissəsidir. Ötən ildən başlayaraq universitet XİN-in Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin heyətinə siyasi, iqtisadi, mədəni, ictimai diplomatiya, kommunikasiya bacarıqlarını, diplomatik yazı və protokol qaydalarını əhatə edən silsilə təlimlər reallaşdırır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info