Stomatoloji Mərkəz: “Əmziklər və şirniyyatlar uşaqların ağız boşluğunda fəsadlar yaradır”
Tarix: 10.02.2017 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


“Bəzən valideynlər uşağı sakitləşdirmək üçün əmzikdən və şirniyyatdan istifadə edirlər. Bundan əlavə, uşaqlara lazım oldu-olmadı kalsium preparatları verilir. Uşaqlara əmzik, şirniyyat, vitaminin özünün çox verilməsi ağız boşluğunda müəyyən fəsadlar yaradır”.
APA-nın xəbərinə görə, bunu Respublika Uşaq Stomatoloji Mərkəzinin Ortodontiya şöbəsinin müdiri Bürhan Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.
Həkim əmziklərdən imkan daxilində istifadə etməyi tövsiyə edib: “Bu, çənə sistemində və dişlərdə problemlərin əmələ gəlməsinə səbəb olur. Valideynlərin bu problemlərdən xəbərsiz olduğu üçün əmziyə üstünlük verirlər”.
Uşaqlarda yaranan ağız boşluğu problemləri barədə danışan mütəxəssis qeyd edib ki, ağız boşluğunda olan eybəcərliklər vaxtında aşkar olunarsa, onları tez aradan qaldırmaq mümkündür: “Çənə quruluşunda olan problemləri 12 yaşa kimi aradan qaldırmaq olur. Uşaqlarda olan problemlər 10 yaşa kimi daha tez və uğurlu həll olunur. Problemlərin qarşısı vaxtında alınmadıqda sonradan cərrahi müdaxilələrə ehtiyac yaranır”.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info